Təbrik edirik, HÜSEYN ARTIKOĞLU!... Başkeçid, Təbriklər, Müşfiq Borçalı 5 Ekim * * * Elimin-Obamın - Ulu Borçalımızın, qədim Başkeçidimizin Böyük Türk Dünyasına bəxş etdiyi Dəyərli Ziyalımız, sözün əsl mənasında Xeyirxahlıq simvolu olan Böyük İnsan - Hüseyn Artıkoqlu!..Sizi Ad gününüz münasibətilə ZiM.Az-ın bütünYaradıcı Heyəti adındanürəkdən təbrik edirik!... Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, şəxsi həyatınızda, əmək fəaliyyətinizdə və ictimai işlərinizdə yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI.* * *Var olun, HÜSEYN ARTIKOĞLU!... Hüseyn Artıkoğlu (Xəlilov) - 1950-ci il oktyabrın 5-də qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Qəmərli kəndində anadan olmuşdur. O, Ulu Borçalının ən sərt iqlim qurşaqlarından birinə malik olan məşhur “Əyriqar” dağ silsiləsinin ətəyində yerləşmiş, qışda başı dümağ qarlı, yayda isə yamyaşıl cənnətlikləri ilə göz oxşayan, olduqca qədim və maraqlı bir tarixi ilə daim öyünməyə haqqı olan doğma Qəmərli kəndindəki səkkizillik məktəbi bitirdikdən sonra, təhsilini Marneuli şəhərindəki 1 nömrəli orta məktəbdə davam etdirmişdir. 1967-ci ildə Bakıya gəlmiş, Azərbaycan Dövlət Politexnik İnstitutunun İnşaat fakültəsinin (indiki Azərbaycan Dövlət Memarliq və İnşaat Universitetinin) Sənaye və mülki tikililər ixtisasının axşam şöbəsinə daxil olmuşdur. 1973-cü ildə ali məktəbi bitirmiş və əsgəri xidmətə getmişdir. Əsgəri xidmətdən zabit kimi tərxis olunduqdan sonra Bakıya qayıtmış, Azərbaycan Dövlət Layihə İnstitutunda fəaliyyətini davam etdirmişdir. Texnik-konstruktor, mühəndis-konstruktor və baş konstruktor vəzifələrində çalışmışdır. Bir neçə, o cümlədən, “Abşeron”, “Moskva” mehmanxanalarının, Ali Sovetin binasının, ADU-nun (indiki BDU-nun) 9 mərtəbəli, APİ-nin (indiki ADPU-nun) 16 mərtəbəli korpuslarının, Dövlət Baş Poçtamtının binasının, Bakı Univermağı yerləşən 9 və 16 mərtəbəli yaşayış binalarının, Gəncədə və Əlibayramlıda (indiki Şirvan şəhərindəki) “Texnik evi”nin binalarının, Lənkəranda “Mədəniyyət evi”nin və s. inşaasında əməyi olmuşdur. Hüseyn Artıkoğlu 1977-1980-ci illərdə Moskvada V.A.Kuçerenko adına İnşaat Konstruksiyaları Mərkəzi Elmi-Tədqiqat İnstitutunda aspiranturada təhsilini davam etdirmış və buranı da müvəffəqiyyətlə bitirmişdir. O, “Büzməli strukturlu silindirik qabıqların gərginlok-deformasiya halının tətqiqi” mövzusunda yazdığı dissertasiyasını vaxtından əvvəl tamamlayıb təhvil vermiş, uğurla müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1984-cü ildən Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin dosentidir. 1988-ci ildə “Kooplayihə”ni yaratmış və bu günə kimi də ona rəhbərlik edir. “AHB kooplayihə” firması ölkədə və xaricdə 200-ə yaxın çoxmərtəbəli binanın, 400-dən çox fərdi evin layihəsini işləmişdir. Mühəndis-alim-pedaqoq-naşir Hüseyn Artıkoğlunun “Dəmir-beton konstruksiyaları” kitabı Azərbaycan Dövlət İnşaat və Memarlıq Universitetinin tələbələri üçün bu mövzuda yazılmış ilk anadilli dərslikdir. Hüseyn Artıkoğlu ictimai işlərdə də böyük fəallıq göstərmişdir. 1988-ci ildə “Birlik” cəmiyyətini yaratmış və “Birlik” qəzetini təsis etmişdir. 1990-cı il Yanvarın 22-də cəmiyyət özünü partiya elan etmişdir. Partiyanın təsis qurultayında Hüseyn Artıkoğlu sədr seçilmişdir. Sonralar həmin partiya Azərbaycan Demokratik Qüvvələri Konqresinin təsisçilərindən biri olmuşdur.Keçid dövründə siyasi fəaliyyətlə məşğul olmağı özünə borc bilən Hüseyn Artıqoğlu müstəqilliyimizin qazanılması və suveren Azərbaycan Respublikasının yaradılması uğrunda mübarizədə fəal iştirak etmiş və öz dəyərli töhfəsini vermişdir. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra isə o, öz missiyasının başa çatdığı qənaətinə gələrək aktiv siyasi fəaliyyəti bu işi özünə peşə seçənlərin ixtiyarına buraxmışdır...Hüseyn Artıkoğlu hazırda yuxarıda da qeyd etdiyimiz kimi, müəllimlik kimi şərəfli bir vəzifəni yerinə yetirməklə yanaşı, həm də əsasını 1988-ci ildə qoyduğu “AHB kooplayihə” firmasına rəhbərlik edir, tikmək və qurub-yaratmaqla məşğuldur. (AHB - Artıq, Hüseyn, Babək.)Bütün Borçalılılar kimi saz-söz vurğunu olan Hüseyn Artıkoğlu Türk-Turan dünyasını, Bütöv Azərbaycanı, Ulu Borçalını, Qedim Başkeçidi və Doğma Qəmərli kəndini çox sevir. “Borçalı” və “Başkeçid” cəmiyyətlərinin İdarə Heyətinin üzvü olmaqla yanaşı, sözün əsl mənasında həmin cəmiyyətlərin fəallarından və xeyirxahlarındandır. Şair Aftandil Qəmərli Hüseyn Artıkoğluna ithaf etdiyi “VAR SƏNİN” sərlövhəli şeirində yazmışdır:Yurdun Azərbaycan, elin Qəmərli,Həm aranın, həm də dağın var sənin.Azərbaycandadır şanın-şöhrətin,Qəmərlidə bağça-bağın var sənin.Bil ki, Azərbaycan hər insanındır,İki qardaş sənin mehribanındır,Biri ürəyindir, biri canındır,Şən Borçalın, Qarabağın var sənin.Vətən çox şirindir, belədir məncə,Bakı mehribandır, gözəldir Gəncə,Belə deyim mən övlada gəlincə,Babək kimi gur çırağın var sənin.Dərdi-qəmi burda başdan atmısan,Sevinci sevincə burda qatmısan,Bu diyarda alimliyə çatmısan,Bakı kimi elm ocağın var sənin. Güllü bahar olsun, qarlı qış sənə,Yolum-yoxsul edir hey alqış sənə,Neçə qohum-qardaş sığınmış sənə,İsti qoynun, gen qucağın var sənin.Vəli sənin, Şahsüvar da sənindir,Xan Artıx da, xan Əsgər də sənindir,Gülşən, Ceyran, Qələmzər də sənindir,Gör nə qədər qol-budağın var sənin.Eldə hamı can-ciyərdi Hüseynə,Ulu Tanrı daim yardı Hüseynə.Aftandil də minnətdardı Hüseynə,Hüseyn, necə gözəl çağın var sənin.Hüseyn Artıkoğlunun anadan olmasının 60 illiyi münasibətilə oğlu Babək Hüceynoğlunun qələmə alıb 2010-cu ildə “Üstün ev” nəşriyyatında nəfis şəkildə çap etdirdiyi “Mənim Atam” kitabını vərəqlədikcə, xüsusilə də Hüseynin 1963-cü ildə hələ 6-cı sinif şagirdi oluğu vaxt tərtib etdiyi və “Ustadnamə” adlandırdığı şeirlər kolleksiyasına nəzər yetirdikdə onun - bu gün öz xeyirxahlığı ilə bütün el-oba arasında böyük nüfuz qazanmış Hüseyn Artıqoğlunun necə də böyük bir Ürək sahibi olduğu aydınca hiss olunur. Bəli, biz də bu Böyük ürəyin sahibi, xeyirxah eloğlumuz Hüseyn Artıqoğluna uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!...Müşfiq BORÇALI,"Şərqin səsi" qəzeti, oktyabr, 2013;"Elm və Təhsil" qəzeti, dekabr, 2013. P.S.: Aşağıda Ozan Arifin Hüseyn Artıkoğlu haqqqında yazdığı ürək sözlərini dərc edirik.BİR DOSTBİR GARDAŞEN ÖNEMLİSİ BİR TÜRK! «Hüseyin Artıkoğlu»Yıl 2010… Yer Bakü…Onu, Onun «ad günü»nde tanıdım.Yani doğum gününde…Hüseyin Bey’in ad gününe (Babasına sürpriz yapmaq için) Olğu «Babək Hüseyinoğlu» tarafından davet edilmişdim.Allah her bir aileye öyle bir evlat versin… (Çünkü edebi, birikimi, milli şuuru ile tam bir Türk Delikanlısı)Beni davet edərken telefonda aynen şunu dedi Babek;-Arif Amca, benim babamın çalışma odasında, ta Sovyet döneminden beri iki kişinin resmi var!Biri Başbuğ Türkeş’in resmi, diğeri de Ozan Arif’in resmi…Eğer devetime gelirsen Babama en güzel hediyeyi vermiş olacağım.Hadi siz olunda gitmeyin…Esasında ben yaş gününden falan pek anlamam.Benim bu yaşıma kadar hiç yaş günüm de olmadı…Çünki yaş günüm belli değil…Nüfuz kağıdıma göre başka…Rehmetli anam ve babama göre daha başkaydı…Yılın 1949 olduğu, günün de Kurban Bayramının arefesi olduğu kesin…Arefe günü doğmam hesabiyle adımıza «Arif» demişler…Her neyse anlamasam da kalktım daveti icabet etmək için Can Azerbaycan’a Bakü’ye gittim…İyi ki gitmişim!O davette kendimi güçlü hissettim!O zaman aldadım ben «Gerçek dost insanı güçlü yapar» sözünün doğruluğunu…Dost hazineme sadece Hüseyin Artıkoğlu’nu veya Babek yeğenimi katmakla kalmadım!«Dostlarımızın dostu, bizim de dostumuzdur, sözü hakikaten doğruysa, ben bini aşkın dost kazandım o gece…Alışıla gelmiş «İyiki doğdun» teraneleriyle geçen bir doğum günü değildi o gece…Gayat şuurlu yüreklerin cem olduğu, Türk’e has değerLerle bezeli, bir kurultay yaşadık desem abartmış olmam inanın…Hala unutmadım o güzel birlik ve beraberlik toyunu…Hala unutmadım O Mühendis Babayı… Ve O Mimar Oğlunu…Hala unutmadım Onlarla geçirdiğim 3-4 Bakü gününü…Unutmayı sevmem… Hele gönül bağım olan yürekleri asla…Zaten dostlar ve dostluklar vurulunca değil, unutulunca ölürmüş…Bu da bir yana;Hür Azerbaycan’ın temel harcını teri karışmış olan Hüseyin Artikoğlu, unutulacak bir dost değil…Babamsız Azerbaycanın nerde ise her şehrine bir sanat eseri olan 500’ü aşkın muhteşem bina ile adeta yenilikçiliğinin imzasını atan Hüseyin Artikoğlu zaten kendisini unutulmazlar arasına çoktaaan koymuş bile…5 Ekim Onun ad günündü…Uzun ömürler dilemek için telefonla defalarca aradım ulaşamadım…Bu satırları yazmamın sebebi böyle bir Türk evladını siz de tanıyın istedim…Ve size tanıttıktan sonra, sizin huzurunuzda bu Asil Türk evladına (gecikmeli de olsa) bir ad günü armağanı vermek muradındaydım…Ben bu sunun satırlarıyla Onu size tam anlatamadığımı biliyorum…Lakin adına «BİR ÖMÜR» dediğim bu armağanın içinde Hüseyin Artikoğlu’nu daha iyi tanıyacaq, Ozan Arif’i de daha iyi anlayacaksınız diye ümit ediyorum…Ve sizi «BİR ÖMÜR»le baş başa bırakıyorum…BİR ÖMÜR…Azerbaycan’ın yiğit evladı,«Hüseyin Artikoğlu»’nun ad günü münasebeti ile…Geldi geldi atmış beşe dayandı,Seneleri bir bir uçan bir ömür…O simsiyah saçlar aka boyandı,Siyahtan beyaza göçen bir ömür…Yurdu çırpınırken Sovyet ağında,O en civan, en delişmen çağında,Umutsuz anların karanlığında, Umut ışıkları saçan bir ömür…Hep yaşamış zorlukların fevkini,Hiçbir zorluk kıramamış sevkini,Vatana, millete hizmet zevkini,Yudum yudum aşkla içen bir ömür…Gördüğü şerleri hayıra yorup,Türkçe düşler görüp, hayallar kurup,Kötüden, çirkinden hep uzak durup,Daima güzeli seçen bir ömür…İlim, irfan potasında pişerek,Ve bilginin arkasına düşerek,Düşünüp, taşınıp fikirleşerek,Yepyeni ufuklar açan bir ömür…Hiç işi olmamış yalanlar ile,türk’e düşman olan yılanlar ile!Dost olmuş, Türk’e dost olanlar ile,Dostluk ekip, dostluk biçen bir ömür…Hüseyin Bey daha çoçuk yaşında,Hep Kızılelma’yı görmüş düşünde,Arif şahit «Türk Birliği» peşinde,«Turan» sevdasıyla geçen bir ömür…Ozan Arif.Samsun, 5 Ekim 2014 (Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", III cild, Bakı, 2015, səh.334-337).. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.