SAHİL ZAHİD OĞLU HƏMİDOV (1981)

SAHİL ZAHİD OĞLU HƏMİDOV  (1981)SAHİL ZAHİD OĞLU HƏMİDOV

(1981)

Sahil Zahid oğlu Həmidov
1981-ci ildə qədim Borçalı mahalının Baş­keçid (indiki Gürcüstan Res­pub­likasının Dmanisi) rayonundakı Şindilər kəndində ana­dan ol­muş­dur.
1998-ci ildə Bakı Döv­lət Universitetinin Kimya fakültəsinə daxil olmuş, 2002-ci ildə həmin fakültənin bakalavr pilləsini, 2004-cü ildə isə Analitik kimya ixtisası üzrə magistratura pilləsini bitirmişdir.

Sahil Həmidov 2003-2006-cı illərdə BDU-nun “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” ETL-də laborant, 2006-2009-cu illərdə BDU-nun “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” ETL-də baş laborant, 2007-ci ildən BDU-nun “Gənc istedadlar” liseyində müəllim işləmişdir.
2009-cu ildən BDU-nun “Analitik kimya” ka­fedrasında müəl­lim və­zifəsində çalışır.

O, 2007-ci ildə “Polibutadien və malein anhidridi-stirol sopoli­meri əsasında alınmış sorbentlərlə Cd(II), Zn(II) və U(VI) ionlarının sorb­siya tarazlığının tədqiqi və analitik tət­biqi” mövzusunda na­mizədlik dissertasiyasını uğurla müda­fiə et­miş, 2008-ci ildə AAK tərəfindən ona 02.00.02 - Ana­li­tik kimya ixtisası üzrə kimya elmləri namizədi alimlik dərə­cəsi verilmişdir.

Elmi pedaqoji fəaliyyəti 60-dan çox elmi əsərdə öz əksini tapmışdır. O cümlədən, 2 müəlliflik şəhadətnaməsi var və tərcümə etdiyi 1 çap olunmuşdur.
Sahil Həmidov hazırda “Malein anhidridi - stirol sopo­limerinin for­mal­dehid iştirakında müxtəlif aminlərlə modifi­kasiya­sından alınmış sorbentlərlə bir sıra ağır metal ionla­rının sorbsiya tarazlığının tədqiqi və bu ionların müxtəlif tə­bii və sənaye obyektlərində qatılaşdırılaraq təyini meto­di­kalarının işlənil­məsi” sahəsində elmi tədqiqat işlərini davam et­dirir.

Biz də gənc alimə yeni-yeni uğurlar arzulayırıq!


(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", I cild, Bakı, 2015, səh.275-276).



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: