Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilibAzərbaycanının
Batumi şəhərindəki
Baş Konsulluğunda
Dünya
Azərbaycanlılarının
Həmrəylik Günü ilə bağlı
mərasim keçirilib.


Baş konsul
Rəşad İsmayılov

tədbir iştirakçılarına bu günün tarixi haqqında ətraflı məlumat verib.
O, dünya azərbaycanlılarının həmrəyliyi ideyasının artıq təşəbbüsdən əməli işə çevrildiyini, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırıldığını, soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün mühüm amil olduğunu diqqətə çatdırıb.

Baş konsul prezident İlham Əliyevin noyabr ayında Gürcüstana səfəri zamanı azərbaycanlılarla görüşünü xatırladıb.
O, dövlət başçısının Gürcüstanda yaşayan azərbaycanlıların iki ölkə arasında əlaqələrinin inkişafında böyük rol oynadığı fikrini bir daha vurğulayıb.

Tədbirdə çıxış edən Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze deyib ki,
Acarıstanın, özəlliklə də Batuminin tarixinə nəzər yetirilsə, xalqlarımızın qədimdən dost olduğu, şəhərlərimizin və regionlarımızın çoxəsrlik dostluq tarixinin olduğu asanlıqla anlaşılar.

Tədbir bədii proqram və ziyafətlə yekunlaşıb.

Gürcüstan. Nizami Məmmədzadə-APA.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: