Əməkdaşlıq memorandumu imzalanacaq Borçalı, Elanlar 9 Nisan Azərbaycanın "Odlar Yurdu" Gənclər İctimai Birliyi, Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) nin Gənclər şöbəsi arasında əməkdaşlıq memorandumu imzalanacaqdır. Əməkdaşlıqların qurulmasında əsas məqsəd Azərbaycanı və həqiqətlərini müxtəlif ölkələrdə fəal gənclərə çatdırmaq və həmin ölkədə yaşayan azərbaycanlı gənclərlə Azərbaycan gəncləri arasında əməkdaşlıq münasibətlərinin inkişafıdır. Gürcü və Azərbaycanlı gənclər arasında dostluq körpüsünün yaradılmasına dair müxtəlif tədbirlərin, layihələrin həyata keçirilməsi əsas prioritetlərdəndir. Beləki 11 aprel 2015 tarixində Tbilisi şəhərinə hər iki təşkilatın gürcüstanda yaşayan azərbaycanlı və gürcü gəncləri, QHT-rı ilə görüşü baş tutacaqdır. Odlar yurdu İctimai Birliyinin nümayəndələri və fəal gənclərdən ibarət qrup Tbilisiyə səfər edərək müxtəlif tədbirlərdə iştirak edəcəkdir, Gürcüstanla yaxından tanış olacaqdırlar. Görüşdə Gəncə Avropa Gənclər Paytaxtı-2016 haqqında da təqdimat nümayiş olunacaq, gənclərlə gələcək əməkdaşlıqlar haqqında müzakirələr aparılacaq.Tədbirə qatılmaq istəyən gənclər 11 aprel tarixində saat 12:00-da M.F.Axundov adına Mədəniyyət Muzeyinə gələ bilər. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.