BORÇALIDA YENİ UŞAQ BAĞÇASI İSTİFADƏYƏ VERİLİB Gürcüstan » Borçalı 26 Nisan Kəpənəkçi kəndində uşaq bağçası rəsmi olaraq açıldıBu gün, aprel ayının 26 da, qədim Borçalı mahalında - indiki Kvemo-Kartli quberniyasının Marneuli rayonundakı Kəpənəkçi ərazi vahidliyinə daxil olan Kəpənəkçi kəndində 90 körpə üçün nəzərdə tutulmuş uşaq bağçası rəsmi şəkildə açıldı. Layihə “Demokrat Qadınlar İttifaqı”-nın təşəbbüsü ilə həyata keçirilib və Yaponiya və Polşa hökumətləri tərəfindən göstərilən maliyyə dəstəyi hesabına inşaa olunub. Binanın təmiri, avadanlıqlarla təmini Polşa və Yaponiya tərəfindən maliyyələşdirilib. Uşaq bağçasının həyətinin abadlıq işləri isə Yerli Hakimiyyətin hesabına başa gəlib.Bağça da üç qrup fəaliyyət göstərir və 15 nəfər yerli sakin işlə təmin olunub. Polşa və Yaponiya tərəflərindən 126 981 min lari ayırıb; Yerli büdcədən isə 22 857 min lari ayrılıb, buradan həyətin abadlıq işlərinə 10 543 lari xərclənib.Qeyd etmək lazımdır ki, uşaq bağçası açıldıqdan sonra onun fəaliyyəti üçün lazımi xərcləri yerli hakimiyyət qarşılayır.Uşaq bağçasının rəsmi açılış mərasimində Polşa və Yaponiya səfirləri, Kvemo Kartli Qubernatoru Paata Xizanaşvili, Yerli Hakimiyyətin rəhbər şəxslərindən Nəbi Abdullayev və Merab Topçişvili, özünüidarənin digər əməkdaşları iştirak etdilər. Tədbirə dəvvət olunmuş qonaqlar tədris prosesində iştirak etdilər, binanın infrastrukturası ilə tanış oldular, binanın inşaa prosesini əks etdirən fotoları gözdən keçirərək auditoriya qarşısında çıxış etdilər.Turac İBRAHİMOVA.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.