“Canlı Kitablar” layihəsi Marneulidə Gürcüstan » Borçalı 26 Nisan Bu gün, aprelin 26 da, Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi nazirliyinin dəstəyi ilə Marneuli Bələdiyyəsinin İcra Hakimiyyətində “Canlı Kitablar” adlı ədəbi-təhsil layihəsi çərçivəsində rayon gənclər ilə görüş təşkil olundu. Görüşdə gənc, müassir şairlər, yazıçılar, Marneuli Bələdiyyəsinin rəhbər şəxsləri, əməkdaşlar və yerli gənclər iştirak edirdilər.Görüşdə müassir poeziyadan, ədəbiyyatdan, ədəbiyyat ətrafında aktual mələlərdən və gənclər arasında ədəbiyyatın təbliğatindan danışıldı. Görüşü keçirmək də məqsəd ədəbiyyata maraqı olan şəxsləri müassir şairlər və yazıçılarla tanış etmək, onların əsərləri və ümumən müassir ədəbiyyatın təbliğatı idi. Qeyd etmək lazımdır ki, “Canlı Kitablar” Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi nazirliyinin ədəbi-təhsil yönlü layihəsidir. Layihə ölkənin müxtəlif kəndlərində, bölgələrində və şəhərlərində ictimai məktəblərdə, kitabxanalarda, muzeylərdə, mədəniyyət evlərində və digər ictimai müəssisələrdə müassir yazıçıların görüşünü təşkil etmək və oxucular ilə görüşdürməyi nəzərdə tutur. Bölgələrə səfər zamanı yazıçılar qeydiyyatlar aparır, gündəlik yazırlar. Belə ki, layihə sona çatdıqdan sonra “Yazıçının Gündəliyi” adlı kitab nəşr ediləcək.Turac İBRAHİMOVA.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.