Marneulidə Ulu öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib Gürcüstan » Borçalı 11 Mayıs ZiM.Az-ın Borçalıdakı xüsusi müxbiri bildirir ki, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 93–cü illiyinə həsr olunan, Gürcüstanda keçirilən silsilə tədbirlər çərçivəsində 11 may tarixində Marneulinin "Ata Holdinq" Mərkəzində "Heydər Əliyev və Gürcüstan" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə AMM-nin Gənclər təşkilatının rəhbəri Nərgiz Əliyeva açaraq Heydər Əliyevin gənclr siyasətindən, dünyada yaşayan azərbaycanlılara qayğısından söz açıb. O, qeyd edib ki, məhz Heydər Əliyevin sayəsində bu günü Azərbaycan gəncliyinin uğurları ilə öyünürük, uzaqgörən və uğurlu siyasəti nəticəsində dünyada yaşayan azərbaycanlılar birlik olaraq xalqımızı dünyanın hər yerində təmsil edərək təbliğ edirlər. “Bu günkü gəncliyimiz ulu öndərdən vətənpərvərlik dərsi alaraq onu kimi xalqına bağlı olmalıdırlar”- deyə vurğulayıb Nərgiz Əliyeva. Azərbaycanın Gürcüstandakı Səfirinin müavini Dursun Həsənov, səfir Azər Hüseyinin salamlarını iştirakçılara çatdırıb. O Azərbaycan-Gürcüstan münasibətləri haqqında dolğun çıxış edərək, ölkələrimiz arasındakı əlaqələrin hər sahədə olduğunu əsasən də iqtisadi layihələrin məhz ulu öndərin şəxsi təşəbbüsü ilə keçirilməsindən danışıb: “Heydər Əliyev dünya şöhrətli siyasətçi olaraq yaddaşlarda hər zaman qalacaqdır. Onun sahəsində Azərbaycan çətin sınaqlardan uğurla çıxdı, onun sahəsində bir çox irimiqyaslı iqtisadi layihələr məhz Gürcüstandan keçdi, Azərbaycanı və Gürcüstanı çox sıx tellər bağlayır, iki ölkəni bir birindən ayrı təsəvvür etmək mümkün deyil. Bu gün də Ulu öndərin siyasətini prezindetn İlham Əliyev uğurla davam etdirməkdədir, Azərbaycan isə günü gündən çiçəklənir, inkişaf edir...”Gürcüstan parlamentinin deputatı Azər Suleymanov ulu öndərlə şəxsi görüşündən və onun Gürcüstan azərbaycanlılarına qarşı qayğısından söz açıb. Gürcüstan Parlamentinin sabiq deputatları Hidayət Hüseynli, Ramiz Bəkirov, ziyalılar, gənclər ümumilli lider haqqında xatirələrini, fikirlərini söyləyiblər.Marneuli şəhər 8 saylı orta məktəbin şagirdləri şeir kampazisiyası ilə, Aşıq Məsim isə saz havasılə çıxış edərək tədbiri davam etdiriblər. Tədbirin sonunda ənclərin və tədbir iştirakçıların ixtiyarına nümünəvi sevgi və ailə hekayeti olan Heydər Əliyev və Zərifə xanım Əliyevanın sevgisindən bəhs edən Vagif Mustafayevin filmi “Bir sevgi tarixçəsi” adlı film nümayiş olunaraq maraqla izlənilib.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.