Bənövşə çayı üzərində körpü salınır Gürcüstan » Borçalı 27 Haziran ✔ Marneuli Bələdiyyəsinin Sadaxlı Ərazi Vahidliyində, bu il Bənövşə çayının sıradan çıxmış körpü üzərində yenidənqurma işləri davam edir.Yerli əhalinin bildirdiyinə görə, 1989-cu ildən bu yana sözü gedən körpü üzərində təmir işləri aparılmayıb. Nəticə də isə körpü qəza vəziyyətinə gəlib və təcili bərpa işləri aparılmasını tələb edib.Layihə çərçivəsində körpü və onun ətrafı, təxminən 650 kvadrat metrlik ərazinin abadlaşdırılması da planlaşdırılır.Körpünün yenidənqurma işlərini Avtomobil yolları Departamenti maliyyələşdirib. Hərrac məbləği 860 000 larini təşkil edir.Körpünün təmir işləri cari ilin mart ayında başlanıb və yaxın günlərdə sona çatacaq.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.