Marneulili Gənclər Polşaya Yola Düşdülər Borçalı, Avropa, Diaspora 1 Temmuz “Boleslavovonun Biznes Həftəliyi”–də iştirak etmək məqsədi ilə Marneulidən iki nəfər gənc Polşaya yola düşdüMarneuli şəhərinin №5 və №8 saylı ictimai məktəblərinin şagirdləri Günay Bəkirova və Tekla Abesadze Bələdiyyə tərəfindən elan olunmuş müsabiqə nəticəsində seçildi.Qeyd etmək yerinə düşər ki, Marneuli Bələdiyyəsindən Biznes Həftəliyində şagirdlərin iştirakı, İcra Başçısının vasitəsi ilə, Polşa tərəfi ilə sıx əməkdaşlıq nəticəsində mümkün olub.“Boleslavovonun Biznes Həftəliyi” unikal tədbirdir. Onu Polşanın Qdansk şəhərində “Vaşinqtonun Biznes Həftəliyi” və bir çox tərəfdaşlar ilə əməkdaşlıq ilə həyata keçirirlər.Tədbirin proqramlı hissəsinin məqdəsi gənclərə istehsal mexanizmi və kreativliyi öyrətməkdir. Proqramlı seminarlar 16-18 yaşlı gənclər üçün nəzərdə tutulub.Bütün tədbir boyunca iştirakçılar qruplara bölünəcəklər. Bir çox oyunda və biznes simuliasiyalarda iştirak edəcəklər. Onlar hər gün qərarların qəbulu, qiymətlər, dəyər, vüdcə, insan ehtiyatları, ictimai münasibətlər və s. kimi biznes məsələləri üzrə mübarizə aparacaqlar. Bundan əlavə komanda şəklində əməkdaşlıq bacarıqlarını mənimsəyəcəklər.Polşada planlaşdırılan Biznes Həftəliyinin iştirakçıları şagirdlər yola düşənədək İcra Başçısı Merab Topçişvili onlarla görüşdü. Gənclər ilə proqramda iştirak etmə məqsədlərindən danışaraq onlara uğurlar arzuladı.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.