Qadin nə üçün təhsil almalıdır?..

Qadin nə üçün təhsil almalıdır?..  Bəzi insanlar qadınların təhsil almalarına pis yanaşırlar. Ancaq mənim fikrimcə hər kəs gender bərabərliyi nə riayət etməlidir. Necə ki, əsk cinsin nümayəndələri təhsil almaq hüququna malikdirlər, eləcə də qadınlar bu hüquqa malikdirlər və malik olacaqlar da. Məsələn, evin dadını nə qədər təhsilli və dünyagörüşlü olsa, onun əvladları da onun kimi oxumağa maraq göstərəcəklər.Bu zaman isə nəinki evladlar, həmçinin ətrafdakı insanlar da qadına hörmət bəsləyəcəklər. Şərt o deyildir ki, qadın təhsil alsın və gələcəkdə öz evinə pul gətirsin. Lakin mən belə düşünənlərə yaxşı yanaşmıram. Əslində məncə hər şey pul deyildir...

Nəinki qadınlar, hətta kişilər belə kitab oxuduqda və mütaliə ilə məşğul olduqda, onların dünyaya baxış acısı dəyişir, hər şeyi tamamən fərqli düşünməyə başlayırlar. Bu zaman isə insanlar bədbin deyil, nikbin olurlar...

Mən belə fikirləşirəm ki, hər yerdə və hər daim yalnız kişilərin rolu oynamamalidir. XXI əsrdə yaşamağımıza baxmayaraq, ən aktual problemlərdən biri "qızları erkən evlendirmek" problemidir. Bəzən isə bu problemləri törədən valideyinlərin özləri olurlar. Nə yazıq ki, "bəzi" valideyinlər öz övladlarını əlləri ilə cəhənnəm alovuna atırlar. Qızlar isə təhsilsizliklərindən irəli gələrək düşünürlər ki, həyat yalnız evlənməkdən ibarətdir. Lakin qızlarımız nə üçün təhsilsiz olmalıdırlar?

Müasir dövrdə qadınların təhsil almağı vacib məsələlərdən biridir. Çünki biz XXI əsrdə yaşayırıq və dövlətimiz və xalqımız Avropa dövlətlərinə inteqrasiya edir. Qadınlar dövlətimizin ictimai və siyasi həyatında fəal iştirak edirlər. Məsul vəzifələrdə çalışırlar. Əks cinsin nümayəndələri ilə çiyin-çiyinə dünyada gedən ictimai prosesləri izləyir və həmin hadisələrə öz münasibətlərini bildirirlər. Belə qadinlardan: Nino Burdzenadze, AMM müavini Bahar Muradova, Qadınlar komitəsinin sədri Hicran Hüseyinova və bir çox qadınları nümunə gətirmək olar. Biz gələcək nəsillər də təhsil alıb belə qadınlar sırasına daxil ola bilərik.

"Qadınlar təhsil almalidilar!.."
Bu ifadəni təbliğ etmək gərək olduğunu düşünürəm.
Təbii ki, mən əlimdən gəldiyi qədər poliqlot olmağa calisiram; daha çox öyrənməyə can atıram və lazımlı hadisələrdən məlumatım olmasını istəyirəm.
Və ən böyük arzum isə oxuyub, gələcəkdə istədiyim sənətə malik olmaqdır.

Səma HƏSƏNOVA,
Borçalı mahalı,
Aşağı Saral kəndi.



.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: