Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Marneuliyə səfər edib Gürcüstan » Borçalı 20 Ekim Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu gün Marneuli rayonunun Qızılhacılı kəndinə səfər edərək oktyabrın 19-da baş verən insident nəticəsində yaralanan və cərrahiyyə əməliyyatından sonra GEO Hospitalda reaminasiyada olan Ceyhun Coydarova və digər yaralılara baş çəkib. ZiM.Az saytının Gürcüstandakı xüsusi müxbiri Nizami Məmmədzadə xəbər verir ki, xəstəxananın həkimləri naməlum şəxsin atdığı güllə ilə yaralanan Qızılhacılı kənd sakinlərinin vəziyyəti barədə Azərbaycan səfirinə ətraflı məlumat veriblər. Səfir həmçinin kənd sakinləri ilə söhbət edərək baş verən hadisə ilə maraqlanıb.Ayaq nahiyəsindən yaralanan Elmar Hüseynov və Azad Çobanov yarım saat bundan əvvəl evə buraxılıb. Hazırda xəstəxanada yalnız Ceyhun Çoydarov və Vüqar Bayramov qalıb.Həkimlər hər iki yaralının vəziyyətində həyati təhlükə olmadığını söyləyiblər. İnsident nəticəsində yaralanan hər iki şəxs hazırda Marneulidəki GEO Hispitalın reaminasiya şöbəsindədir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.