GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONGRESİNİN SƏDRİ HÜSEYN YUSUBOVUN XALQA MÜRACİƏTİ

GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONGRESİNİN SƏDRİ HÜSEYN YUSUBOVUN XALQA MÜRACİƏTİ Əziz eloğlular, bu gecə Qızılhacılı kəndində olan hadisənin cinayət olduğu gün kimi aydındır GAK-olaraq cinayətkarı və ya cinayətkarları lənətləyirik, qısa bir vaxtda hüquq mühafizə orqanları tərəfindən həbs olunacağına və layiqli cəzasını və ya cəzalarını alacaqlarına inanırıq.

Hadisədən çox qısa bir vaxt sonra, birneçə nazirin bu məsələ ilə bağlı bəyanat verməsi törədilmiş cinayətin qısa bir vaxtda açılacağına ümid verir.

İstintaq orqanlarının yaydığı məlumata görə, cinayət siyasi deyil, şəxsi zəmində törədilib.

Törədilmiş cinayət nəticəsində yaralanmış eloğlularmıza Ceyhun Çovdarova, Azad Çobanova, Vüqar Bayramova, Anar Məmişova, Elmar Hüseynova Allahdan şəfalar diləyirik.

İnanırıq ki, yaxın birvaxtda özdostlarının cərgələrinə dönəcəklər və doğma Qızılhaclının inkişafı naminə mübarizələrinə davam edəcəklər.

Əziz eloğlular, ümidvarıq ki, bu çirkin cinayət sizin heçbirinizi ruhdan salmayacaq, tam əksinə
ayın 21-də hamı seçkilərə qatılacaq, seçimlərinizlə yaralanmış qardaşlarımızı dəstəkləyəcəksiniz.
Sabah bütün kəndlərimizdə inşallah böyük bir ruh yüksəkliyi nümayiş etdirəcəksiniz.


GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONGRESİNİN SƏDRİ HÜSEYN YUSUBOVUN XALQA MÜRACİƏTİ Hörmətlə,
Hüseyn YUSUBOV,
GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONGRESİNİN SƏDRİ


ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: