Marneuli Meri Temur Abazovun BƏYANATI Gürcüstan » Borçalı 16 Kasım Mənim ifadəmlə bağlı Xalq Müdafiəçisinin bildirdiyi rəyə münasibət bildirmək istəyirəm. Tam əminliklə qeyd etmək istəyirəm ki, mənim ifadəmin məğzi seksist deyildi. Mən heç vaxt hesab etməmişəm və heç bir yerdə deməmişəm ki, qadınlar ictimaiyətdə fəal olmalı deyillər.İnandırım sizi ki, Marneulinin ictimai həyatında qadınların fəal iştirakını təmin etmək mer kimi mənim qarşımda duran ən vacib məsələlərdən biridir. Xalq Müdafiəçisi institutuna qarşı dərin hörmətim var və Xalq Müdafiəçisinə müraciətlə bildirmək istəyirəm ki, öz bəyanatlarına daha yüksək cavabdehliklə yanaşsınlar. Qaçağan kəndində mənim verdiyim müsahibəyə gəldikdə isə xatırladım ki, görüşdə radio müxbiri tərəfindən bir neçə dəfə eyni sual verildi. Sual belə idi “kəndin mərkəzində əhalinin problemləri haqqda məlumat aldığım zaman mənimlə görüşə kişilərlə birlikdə niyə qadınlar gəlməyiblər?"Müxbirin sualına bir neçə dəfə müvafiq cavab verdim, lakin ondan kameralarında işlək vəziyyətdə olduğu halda artıq başqa lokasiyada hesab edirəm ki, qeyri rəsmi şəkildə və həmin zaman üçün yersiz verilmiş eyni sualı (beləki bu suala mən artıq cavab vermişdim) aşağıdakı kimi cavablandırdım. Amma qeyri-rəsmi cavab sözü gedən mətbuat vasitəsi tərəfindən kontekstdən kənar formada işıqlandırıldı. Çox təəssüf ki, yuxarıda qeyd olunanlar bəzi insanların müzakirə mövzusuna çevrildi. Bildirdiyim rəyin video versiyasını təqdim etmək istəyirəm və bir daha tam cavabdehliyimlə vurğulamaq istəyirəm ki, Yerli Özünüidarəetmə səviyyəsində gender bərabərliyi məsələsinə və qadınların əhəmiyyətli qərarların qəbulunda iştirak etmələrinə xüsusi diqqət ayıracam. Bunun üçün isə Munisipalitetdə “Qadınlar Otağı” servisi mövcuddur.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.