"Erkən evliliyin qarşısının alınması" layihəsi sona çatıb Gürcüstan » Borçalı 28 Kasım Bu gün "Safari" təşkilatının "Kvemo Kartlidə erkən evliliyin qarşısının alınması" layihəsinin son günü idi. 20 nəfər gənc layihə çərçivəsində Kvemo Kartlidə yerləşən 90 məktəbdə erkən evliliklə bağlı şagirdlərə qısa treninqlər keçdilər. Əlbəttə ki, nəticə haqqında əvvəlcədən fikir bildirmək çətin və bir qədər də qeyri-mümkündür. Buna baxmayaraq, şagirdlər həvəslə yanaşırdılar və layihənin sonunda "Mənim xəyalımdakı ixtisasım" adlı yarışda iştirak etdilər. Ümumilikdə, yarışda 9 məktəbli qalib gəldi və onlara müxtəlif dəyərli hədiyyələr (tablet, telefon, mp4) təqdim olundu. Təbii ki, hədiyyələr stimul xarakteri daşıyırdı və şagirdləri daha çox təhsil almağa motivasiya etdirmək, həvəsləndirmək məqsədiylə təqdim olunmuşdu. Şagirdlərə hədiyyələri Gürcüstanın birinci xanımı təqdim elədi. Elməddin MƏMMƏDOVZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.