Sovet İttifaqı Qəhrəmanı - Bəkir Dursun oğlu Mustafayev (11.02.1898-10.12.1978) Borçalı, Tarix, Unutsaq, unudularıq!.., Turan, Orta Asiya 25 Şubat Bəkir Dursun oğlu Mustafayev - 11 fevral 1898-ci ildə indiki Gürcüstan Respublikasının Axaltsixe rayonunun Qlazar (Blorpza) kəndində anadan olub.1941-ci il avqustun 1-də könüllü olaraq Axaltsixe RHK-dan orduya - ön cəbhəyə getmişdir.Qvardiya sıravi əsgəri kimi Qafqaz uğrunda gedən döyüşlərdə, xüsusilə də Krım və Ukraynanın azad edilməsində iştirak edib. Şimali Qafqazdan Krım vilayətinə kimi gedən döyüşlədə qəhrəmanlıq göstərib.Sonra starşina rütbəsinə layiq görülüb, 55-ci qvardiya atıcı divizyasının 164-cü atıcı alayının manqa komandiri olub.1943-cü ilin payızında Kerç yarımadasının alman faşistlərindən azad edilməsində xüsusi qəhrəmanlıq göstərib.Müharibədə göstərdiyi şücaətlərə görə starşina Mustafayev Bəkir Dursun oğlu SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 fevral 1944-cü il tarixli fərmanı ilə "Lenin" ordeni və "Qızıl Ulduz" medalı ilə təltif edilməklə yanaşı, həm də "Sovet İttifaqı Qəhrəmanı" Fəxri adına layiq görülüb.Sovet İttifaqı Qəhrəmanı Bəkir Dursun oğlu Mustafayev 1945-ci ildə ordudan təxris olunub doğma kəndinə qayıdıb. Lakin onu - Sovet İttifaqı Qəhrəmanınnı doğma kəndinə buraxmayıblar ki, olmaz!.. Çünki həmin kəndin əhalisi 1944-cü ilin noyabr ayında günahsız olaraq Orta Asiyaya deportasiya olunub... Bəkir Mustafayev, bir müddət ailəsini axtardıqdan sonra, nəhayət ki, onları Özbəkistan Respublikasının Səmərqənd vilayətindəki Qaynama kəndində tapıb və ömrünün sonuna kimi, o da, həmin kənddə yaşayıb, təsərrüfat işlərində çalışıb, bir neçə medallarla təltif olunub, İttifaq əhəmiyyətli təqaüdə layiq görülüb. Bəkir Dursun oğlu Mustafayev 10 dekabr 1978-ci ildə Özbəkistan Respublikasının Səmərqənd vilayətindəki Qaynama kəndində vəfat edib.Allah rəhmət eləsin!..Müşfiq BORÇALI,ZiM.AzBax: Müşfiq BORÇALI. Borçalı ensiklopediyası, III cild, Borçalı ulduzları. Bakı, 2001, səh. 49-50ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.