Eldar Sultanova general-mayor rütbəsi verilib Borçalı, Hüquq, Təbriklər 30 Eylül TƏBRİK EDİRİK!..Eldar Aslan oğlu Sultanov 1963-cü il martın 16-da qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı Baydar kəndində anadan olub. 1969-1979-cu illərdə elə həmin kənddə orta təhsil alıb. Eldar Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda, o cümlədən, vergi orqanlarında çalışan E.Sultanov 2001-2006-cı illərdə Milli Məclis sədrinin köməkçisi, 2007-ci ildən isə prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.E.Sultanov 2008-ci ildən Baş Prokurorluğun Mətbuat xidmətinə rəhbərlik edib. Bu müddət ərzində o, Kütləvi İnformasiya Vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail ola bilib.12 iyun 2020-ci ildə o, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 sentyabr 2021-ci il tarixli sərəncamı ilə Sultanov Eldar Aslan oğlu III dərəcəli dövlət ədliyyə müşaviri (general-mayor) ali xüsusi rütbəsi verilib.Dəyərli eloğlumuz, çox hörmətli hüquqşünas Eldar Sultanovu III dərəcəli dövlət ədliyyə müşaviri (general-mayor) ali xüsusi rütbəsi verilməsi münasibətilə ürəkdən təbrik edir ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, şərəfli peşə fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.