“SOCAR-Georgia Gas” şirkətinin azərbaycanlı direktor müavini Gürcüstan » Borçalı 27 Ocak REDAKSİYAMIZIN ARXİVİNDƏN:Gürcüstanlı soydaşımız “SOCAR-Georgia Gas” şirkətinin direktor müavini təyin edilib 23-02-2010Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda yaşayan soydaşımız “SOCAR-Georgia Gas” şirkətinin “Kartli Gas” bölməsinin direktor müavini təyin edilib.APA-nın Gürcüstan bürosunun məlumatına görə, 1953-cü ildə Marneuli rayonunun Alget (Gorarxı) kəndində anadan olan Əli Həsən oğlu Həsənov Azərbaycan və Gürcüstanda müxtəlif vəzifələrdə çalışıb. Son illər Marneuli rayon Fermerlər İttifaqının sədri olub.Hazırda “SOCAR-Georgia Gas”ın Kvemo-Kartlidəki qaz təsərrüfatına rəhbərlik edən Əli Həsənov APA-ya açıqlamasında bildirib ki, Qardabani, Marneuli, Bolnisi və Dmanisi rayonlarında qaz təsərrüfatının reabilitasiya və tikintisi, bu rayonların qazlaşdırılması ilə məşğul olacaq: “2010-cu ildə Marneuli rayonunun Alget, Təzəkənd və Əzizkənd kəndlərinin qazlaşdırılması plana salınıb. Yaxın günlərdə bu kəndlərə qaz çəkilişinə başlayacağıq. Bunun üçün 3 milyon dollardan çox maliyyə vəsaiti ayrılıb. Qazlaşdırma başa çatdıqdan sonra 3 mindən çox abonent mavi yanacaqla təmin olunacaq”.Ə.Həsənov qeyd edib ki, Qardabani rayonunda da qazlaşdırma davam edir: “Hələlik şəhərin 50%-i qazlaşdırılıb. Burada reabilitasiya işləri aparılır. Rayonun Candar kəndində də qaz çəkilişi gedir. Bolnisi rayonunda qaz təsərrüfatı Rusiyanın “İtera” şirkəti ilə birgə alınıb. Aksiyanın 53%-i “İtera”ya, 47%-i isə “SOCAR-Georgia Gas”a məxsusdur. Dmanisi rayonunda isə qazlaşdırma prosesi bu il tam başa çatacaq”.Xatırladaq ki, bu yaxınlarda Dmanisi rayonunda azərbaycanlıların yaşadığı Dunus kəndində yeni qazpaylayıcı mərkəz istifadəyə verilib. Bu mərkəzdən 200 abonent qazla təmin olunacaq.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.