Zərgər Musa, üçüncü kitabın mübarək!..

Zərgər Musa, üçüncü kitabın mübarək!..Rafiq Hümmət:
-Zərgər Musa sona qalan dostlardandır. Vətəndaş şairdir. Peşəsi halal zərgərlikdir, Tanıyanlar qızıla mis qatılıb-qatılmadığını bilmək üçün ona müraciət edirlər. Hərdən şeirlər, pyeslər yazır. "Varlıq"ın Qarayazıda ən sədaqətli dostudur. O, özünün 3-cü kitabını "Bir ulduzlu gecədə" qələmə alıb. Varını verən utanmaz, "Varlıq" da yeni kitablarından birini sizə təqdim edir...

Şurəddin Məmmədli:
-ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR,
NƏ BİLƏR HƏR DİVANƏ...
Şeir qədri bilənlərlə təzə buluşman mübarək, əzizizm!...

ZiM.AZ:
- Biz də sevimli Rafiq qardaşımızın dəyərli təqdimatına və hörmətli alimimiz Şurəddin müəllimin səmimi təbrikinə - ürək sözlərinə qəlbən qoşulur, Zərgər Musanı "BİR ULDUZLU GECƏDƏ" adlı üçüncü kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, şəxsi həyatında və eləcə də bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!...
Müşfiq BORÇALI.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: