PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLƏCƏK Darvaz, Elanlar, Mədəd Çobanov 11 Temmuz 2017-ci il İYULun 12-də Bakıdakı ATATÜRK MƏRKƏZİndə görkəmli alim, zəhmətkeş tədqiqatçı, tanınmış dilçi-türkoloq, Nyu-York Elmlər Akademiyasının akademiki, uzun müddət AAHDM-də "Dillər" kafedrasının müdiri və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş filologiya elmləri doktoru, professor Mədəd Çobanovun anadan olmasının 80 illik Yubileyinə həsr edilən Elmi Sessiya keçiriləcək.Atatürk Mərkəzinin rəhbəri, Millət vəkili, akademik Nizami Cəfərovun rəhbərliyi ilə təşkil olunan Elmi Sessiya saat 14-də başlayacaq. (Unvan: Bakı - 1, Tərlan Əliyarbəyov küçəsi, 5.)Sessiyada Azərbaycanın tanınmış alimlərinin professor Mədəd Çobanovun elmi yaradıcılığı ilə bağlı məruzələri dinləniləcək.Qeyd edək ki, tədbir zamanı professor Mədəd Çobanovun “Azərbaycan şəxs adları” və “Azərbaycan antroponimiyasının əsasları” kitablarının yenidən işlənmiş və əlavələr olunmuş üçüncü nəşrləri, eləcə də yubilyara həsr olunmuş “Elin və Elmin ağsaqqalı” (Professor Mədəd Çobanovun bədii obrazı”) adlı kitab da oxuculara təqdim olunacaq."SİRAB"-ın su dəstəyi iə keçirilən və informasiya dəstəyi ZiM.Az və Reportyor.az saytlarına məxsus olan Yubiley tədbirinə GİRİŞ azaddır. Maraqlananlar iştirak edə bilərlər. Fürsətdən istifadə edərək, biz də ZiM.Az-ın Yaradıcı Heyəti adından çox hörmətli professor Mədəd Çobanovu anadan olmasının 80 illik yubiley münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.