Yüz yaşa, MÜŞFİQ BORÇALI!.. Darvaz, Arxiv 27 Şubat Yüz yaşa Müşfiq Borçalı!“Ziya”, “Şərqin Səsi” və “Elm və Təhsil” qəzetlərinin baş redaktoru, gözəl jurnalist, 50-dən çox kitabın müəllifi, yazıçı, puplisist, naşir Müşfiq Mədəd oğluna.Oğludur qədim Darvazın,Aşiqidir telli sazın.Gül açsın ömrünün yazı,Müşfiq Borçalı, Borçalı.Yaratmaq eşqi başında,Yazandır uşaq yaşından,Paxıl dostdan, yoldaşından,Uzaqdır Müşfiq Borçalı.Dərsini atadan alıb,Tarixlərə nəzər salıb,Öz zəhmətilə ucalıb,Müşfiq Borçalı, Borçalı.Yazardır, güclü qələmli,Əsəri sevincli, qəmli,Düşündürəndir aləmi,Yazmaqla Müşfiq Borçalı.Oğludur alim Mədədin,Azəri adlı millətin,Xalqın namusun, qeyrətin,Çəkəndir Müşfiq Borçalı.Ümmanıdır səbrin, tabın,Müəllifi əlli kitabın,İstəyini elmdə tapdın,Müşfiq Borçalı, Borçalı.Yazıçı haqqın təməli,Yazmaqdır işi, əməli,Hər işi nurlu, əməlli,Müşfiq Borçalı, Borçalı.Obalara gedib hərdən,Bir-birinə aşiqlərdən,Yazır ölməz aşıqlardan,Müşfiq Borçalı, Borçalı.Atası kimi oğlu da,Müstəqilliyin uğrunda,Çalışır xalqın yolunda,Müşfiq Borçalı, Borçalı.Hər əsərə can qoyub, can,Yazıb neçə yazıçıdan,Haqsızlara verməz aman,Müşfiq Borçalı, Borçalı.Xalqın haqqında xəyalı,Yazmaqdır fikri, məlalı,Elmdir cəhi-cəmalın, Müşfiq Borçalı, Borçalı.Zəmanənin müasiri,Əla yazanlardan biri,Hər sözü, söhbəti sirli,Müşfiq Borçalı, Borçalı.Gör neçə illərdən bəri,Çoxların umacaq yeriOlub, bölür dərdi, səri,Müşfiq Borçalı, Borçalı.Haqq yolunu tutub gedir,Köməksizə kömək edir,Millətin dərdini çəkir,Müşfiq Borçalı, Borçalı.Yazır əsrin gedişindən,Nəsillərin gəlişindən,Əsrin zülmkar işindən,Müşfiq Borçalı, Borçalı.Yazardır ağlın dəryası,Allahdandır təmannası,Ünvanı xeyir-dualı,Müşfiq Borçalı, Borçalı.Elin taxirçi yazarı,Yollanıb ellərə sarı,Neçə mərhum sənətkarı,Tanıdıb xalqa Borçalı.Əsərləri Türkiyədə,Bir-bir keçib əldən-ələ,Əzbərlənib dildən-dilə,Düşübdü Müşfiq Borçalı.Neçə kitabı İranda,Dillərdə gəzir Turanda,Yazmaqla qışda, boranda,Qalib çıxandı Borçalı.Hər əsəri xalqa kömək,Gərək olub hava, su tək,Haqq yolundan dönməyəcək,Müşfiq Borçalı, Borçalı.Müdrikdir atası kimi,Xeyirxah babası kimi,Neçə məzunun müəllimi,Müşfiq Borçalı, Borçalı.Çox yazandır Bəxtiyardan,Saraclı tək sənətkardan,Neçə obadan, diyardan,Yazandır Müşfiq Borçalı.Qafqaz boyu əsərləri,Olub dillərin əzbəri,Hörməti var sənə dərin,Xalqın Borçalı, Borçalı.Şöhrətisən yurdumuzun,Atasısan iki qızın,Parlasın tale ulduzun,Müşfiq Borçalı, Borçalı.İnsanlıqda şöhrət tacı,Dörd bacının bir qardaşı,Keçməsin bir günün acı,Müşfiq Borçalı, Borçalı.Əyilməyib heç vaxt yada,Çətin gündə varlıya da,Xoşbəxt olsun bu dünyada,Ailəsiylə Borçalı.Düşmənidir xəyanətin,Vurğunudur dəyanətin,Arzusudur Şərafətin,Yüz yaşa Müşfiq Borçalı.ŞƏRAFƏT DAĞISTANLI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.