TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalisti” adına layiq görülüb TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", MEDİA, Tiflis, Borçalı 28 Nisan =TƏBRİK EDİRİK!..=Bu günlərdə “Gürcüstan” qəzetinin iki əməkdaşı Şahvələd Əli oğlu Eyvazov və Binnət Əli oğlu Məmmədov Gürcüstanda Azərbaycandilli mətbuatda səmərəli fəaliyyətlərinə görə “Gürcüstanın Əməkdar jurnalisti” adına layiq görülüb.APA-nın Gürcüstan bürosunun məlumatına görə, hər iki jurnalist uzun illərdir ki, Gürcüstanda Azərbaycandilli mətbaut sahəsində çalışır.Hər iki jurnalistin bu il 60 yaşı tamam olub. Onlarca sərginin diplomçusu və laureatı olan Şahvələd Eyvazov bu gün də doğulub boya-başa çatdığı Tbilisi şəhərində yaşayır. O, 24 ildir ki, ABŞ-ın məşhur “Assoşeyted Press” informasiya agentliyinin Tbilisidə yerləşən Qafqaz bürosunun foto müxbiridir. Ş.Eyvazov Osetiya, Abxaziya, Dağlıq Qarabağ münaqişələrindən çəkdiyi kadrlar dünyanın müxtəlif qəzet və jurnallarında dərc olunub. Şahvələd Eyvazov həmçinin Gürcüstanda yaşayan azərbaycanlıların adət-ənənəsini, maddi mədəniyyət abidələrini obyektin yaddaşına köçürür. Dəfələrlə sərgiləri keçirilib.Ş.Eyvazov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən “Uzun sürən müharibənin əks sədası” foto sərgidə də iştirak edib.P.S.:Yaxşı yadımdadır... Biz hələ tələbə olanda, Şahvələd Eyvazov "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") qəzetində çalışmaqla yanaşı, həm də "QRUZİNFORM"un xüsusi müxbiri idi. O, tez-tez bizim təhsil aldığımız ali məktəbə - A.S.Puşkin adına (sonralar S.S.Orbelianinin adını, indi isə İ.Çavçavadzenin adını daşıyan) Tbilisi Dövlət Pedaqoji Universitetinə gələr, bizim də foto-şəkillərimizi çəkər və müxtəlif mətbuat orqanlarında çap etdirərdi. Budur, həmin illərdə müxtəlif qəzetlərdə çap olunmuş və indi də mənim əziz bir xatirə kimi qoruyub saxladığım şəkillərdən birini sizlərə təqdim edirəm...Təşəkkürlər, hörmətli Şahvələd müəllim!...* * * İstedadlə qələm sahibi, tanınmış jurnalist Binnət Əli oğlu Məmmədov “Gürcüstan” qəzetində çalışmaqla bərabər, həm də eyni zamanda Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təsis etdiyi “Regionpress” qəzetinə rəhbərlik edir. Onun Gürcüstanda gənc jurnalistlərin yetişdirilməsində əməyi böyükdür. Publisistik məqalələri ilə dövrü mətbuatda müntəzəm çıxış edir. Binnət Məmmədov 1991-ci ildən Gürcüstan Jurnalistlər Federasiyasının üzvüdür. O, 1997-ci ildə Gürcüstan prezidentinin “Təşəkkürnamə”sinə layiq görülüb. “Salam, dünyanın dərdi” adlı şeirlər və publisistik məqalələr kitabının müəllifidir. B.Məmmədov eyni zamanda müxtəlif ali məktəblərdə Azərbaycan dilini tədris edib. P.S.S.: Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adındanəziz və hörmətli eloğlularımız - tanınmış fotoqraf, sözün əsl mənasında DƏYƏRLİ ZİYALI, GÖZƏL SƏNƏTKAR və XEYİRXAH İNSAN - ŞAHVƏLƏD EYVAZOVuvə eləcə də - tanınmış jurnalist, sözün əsl mənasında DƏYƏRLİ ZİYALI, İSTEDADLI QƏLƏB SAHİBİ və XEYİRXAH İNSAN - BİNNƏT MƏMMƏDOVuhəm 60 illik Yubileyləri, həm də “Gürcüstanın Əməkdar jurnalisti” fəxri adına layiq görülmələri münasibətilə ürəkdən təbrik edir, onların hər ikisinə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, şəxsi həyatlarında və sənət yaradıcılıqlarında yeni-yeni uğurlar arzulayırıq!..Dərin hörmət və ehtiramla Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.