Xalq artisti Zülfüqar Abbasov (1940) TDPİ-nin Azərbaycan bölməsi, Mədəniyyət, Borçalı 11 Aralık BİR ULDUZ PARLAYIR, HƏR SƏHƏR-AXŞAM,NUR-ŞƏFƏQ ÇİLƏYİR, HƏR GÜN MÖHTƏŞƏM...Bu günlərdə Borçalı yurdunun mərd oğlu, Azərbaycan Respublikasının Xalq artisti Zülfüqar Abbasovla görüşdüm və təəsüratlarımı bölüşürəm. Zülfüqar müəllim uzun müddət Mingəçevir şəhərində işləmiş, şəhərimizin sevimlsi olmuş və hamımızın dərin hörmətini qazanmışdır.Zülfüqar Qulu oğlu Abbasov 1940-cı ilin may ayında qədim Borçalı mahalənda anadan olub. Əsli-kökü Qərbi Azərbaycanın Vedi və Dərələyəz mahalındandır. Ata babası Dinməz Abbas o mahallarda gedən mənfur erməni qiyamçılarının intiqamçısı olub. Sovetlərdən sonra həbs və sürgünlərdən canını qurtarmaq üçün Borçalıya köçüb.Zülfüqar Abbasov orta məktəbi Borçalıda bitirib. İki dəfə ali təhsil alıb. A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutununun Azərbaycan bölməsini və Bakı Teatr İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universitetini) bitirib. Teatr institunda oxuduğu vaxt Zülfüqar Abbasova müəllimləri - böyük sənətkar Mehdi Məmmədov, Rza Sarabski, Muxlis Qənizadə və Məlik Dadaşov bu sənətin sirlərini dərindən öyrədiblər. O, rejissor kimi əmək fəaliyyətinə İrəvan Dövlət Dram Teatrında başlayıb. Sonra Mingəçevir şəhər Məziyə Davudova adına Dövlət Dram Teatrı, Qazax teatrlarında-baş rejissor, direktor və bədii rəhbər kimi çalışıb. Bu teatrların inkişafı üçün əvəzsiz işlər görüb. 2008-ci ildən təqaüddədir. Paralel olaraq beş il “El” TY-də maraqlı verlişlər - “Fatehlər” və “Mənəviyyatımız tarixi qaynaqlarda” layihələrinin müəllifi, rejissoru və aparıcı kimi işləyib. 200-dən çox səhnə əsərinə quruluş verib. 100-ə yaxın ictimai-mədəni-siyasi tamaşaların müəllifi və rejissoru olub.2000-ci ildə Ümummilli lider H.Əliyev tərəfindən teatr rejissorları arasında ikinci şəxs kimi birbaşa Xalq artisti adına layiq görülüb... Bundan sonra ona qarşı zərbələr başlanıb, bədnam insanların layiqsiz hücümuna məruz qalıb. Bu təzyiqlər işdən çıxarılmağına qədər davam edib. Altı əsəri Mingəçevir və Qazax teatrında tamaşaya qoyulub. Xeyli sayda yetirmələri var. Fəal ictimaiyyətçidir.Möhtəşəm prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalına və “Prezidentin fəxri” diplomuna layiq görülüb. Saysız müraciətlərinə baxmayaraq onun adı Prezidentə “Fərdi təqaud” üçün təqdim edilməyib. Özünü “Haqsız zülmə məhkum edilmiş” adam adlandırır. İqtisadi vəziyyəti çox ağırdlr. Aldığı adi təqaüd müalicə olunmağına sərf olunur.Onun hazırladığı “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı” (İ.Əfəndiyev), “Vaqif” (S.Vurğun), “Evlənmə”(N.Qoqol), ”Eşq və intiqam” (S.S.Axundov), “Təcili teleqram” (İ.Hüseynov), “Vətən dərdi” (Z.Abbasov) və digər onlarla tamaşası teatrsevərlər tərəfindən yüksək qiymətləndirilib. Dəfələrlə Respublika müsabiqələrinin mükafatçısıdır. Millət və vətənsevərdir. Dərdi-Qarabağın qaytarılmasıdır. Mətbuatda daim yazıları çap olunub. 1982-ci ildə Akademik Zərifə Əliyevanın elmi-tibbi monoqrafiyasına həsr etdiyi “Anda xəyanət” tamaşası indi də tamaşaçılar tərəfindən yad edilir. Zülfüqar Abbasov sevinir ki, teatrda böyük uğurlar qazanan aktyorlar- Mingəçevir teatrından Neftun Tağıyev, Vaqif Məmmədov, Mirbaba Xalilova, Akif Mirabov, Afət Əliyeva, Vaqit Kərimov, Asim Məmmədov, Şıxı Yaqubov, Hüseyn Mustafayev, İlqar İbrahimov, Əməkdar rəssam Rəfael İmamverdiyev, rəssam Yusif İmamverdiyev, Qazax teatrından-Saqif İskəndərov, Hacı Hacıyev, İlqar Hacıəliyev bə başqaları mənim yetirmələrimdir.Hazırda ədalətsizliyə məruz qalan insanlar kimi yaşayır. Həyata keçirə bilmədiyi bədii yaşantılarını ovucunun içinə alıb oxşayır. Ara-sıra fikirlərini yazir və sonra cırib atır...Hörmətli ziyalımız Zülfüqar müəllim, Sizə sağlam həyat arzulayırıq!..Ənvər Durucali ƏlifovMingəçevir 10 dekabr 2019-cü ilZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.