Ad gününüz mübarək, Tinatin xanım!.. TDPİ-nin Azərbaycan bölməsi, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər 15 Aralık Bu gün Azərbaycan Milli Elmər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru TİNATİN XANIM MƏMMƏDOVAnın Ad günüdür.Tinatin İsabalı qızı Məmmədova 1964-cü il dekabrın 15-də qədim Borçalı mahalının Başkeçid (indiki Dmanisi) rayonundakı Qızıl-Kilsə kəndində anadan olub. Orta məktəbi doğma kənddə bitirdikdən sonra A.S.Puşkin adına (sonralar S.S.Orbeliani adına) Tbilisi Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsil alıb. Hələ tələbəlik illərindən Borçalı folklor incilərinin toplanıb öyrənilməsinə xüsusi maraq göstərib. Bu maraq onu folklorşünaslıq elminə gətirib çıxarıb. Borçalı aşıq mühitinə dair çoxsaylı məqalələrlə vaxtaşırı mətbuatda çıxış edən Tinatin İsabalı qızı ən nəhayət öz axtarışlarını monoqrafik tədqiqatla yekunlaşdırmışdır. Tinatin Məmmədova işlədiyi bu müddətdə Borçalı aşıq sənətinə və folkloruna aid 20-dən çox elmi məqalə çap etdirmişdir. Onun 30-a yaxın elmi, elmi-publisistik məqalələri işıq üzü görmüşdür. Tinatin İsabalı qızının 2000-ci ildə 15 çap vərəqi həcmində “Borçalı aşıq mühiti” adlı monoqrafiyası geniş oxucu kütləsinə çatdırılmışdır.2001-ci ildə Tinatin İsabalı qızı “Borçalı aşıq mühiti” mövzusunda dissertasiya müdafiə etmiş, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 2014-cü ildə isə Tinatin İsabalı qızının “Türk folklor söyləyicisi” adlı monoqrafiyası işıqüzü görüb.Bir müddət Sumqayıt şəhəri Təbiət Elimləri gimnaziyasında pedaqoji fəaliyyətlə məşğul olmuş hazırda Tinatin Məmmədova Azərbaycan Milli Elmər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşıdır.Fürsətdən istifadə edərək, biz də Tinatin xanımı Ad Günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və elmi fəaliyyətində bundan sonra da yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.