MİNNƏTDARLIQ

MİNNƏTDARLIQ MİNNƏTDARLIQ 1990-cı ilin 20 Yanvar faciəsi zamanı əmioğlum - Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin)
2-ci kurs tələbəsi ƏLƏSGƏR YUSİF oğlu QAYIBOV da şəhid oldu.

1991-ci ilin 20 Yanvarına qədər Qaraçöplü ziyalıların, ağsaqqalların təşəbbüsü və elin dəstəyi ilə doğulduğu QARAÇÖPƏLƏSGƏR QAYIBOVun, eləcə də 9 Aprel Tbilisi - 20 Yanvar Bakı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün
bir abidə ucaldıldı.

1991-ci ilin 20 yanvar günü, 20 Yanvar faciəsinin 1-ci ildönümündə Bakıdan və Tbilisidən gələn tanınmış
elm - mədəniyyət xadimlərinin, eləcə də Saqareco rayon rəhbərliyinin və kənd camaatının iştirakı ilə
QARAÇÖPdə abidənin
açılışı oldu.

Abidənin müəllifi əslən Qaraçöpdən olan məşhur keramikaçı - rəssam,
mərhum ZAHİD HÜSEYNOV (ŞƏMİRLİ)dur.

2014 - cü ilin yazında Azərbaycan Respublikasının Gürcüstanda Fövqəladə və Səlahiyyətli səfiri
Azər Hüseyn
in təşəbbüsü, SOCAR-ın maliyyə dəstəyi ilə abidənin özü qalmaq şərti ilə postamentinin, ətrafının yenidən qurulub, abadlaşdırılması üçün layihə işlənildi.
Şəhidin ailə üzvləri və kənd ağsaqqalları ilə razılaşdıqdan sonra tikinti-quraşdırma işlərinə başlanıldı.
Artıq işlər yekunlaşıb.

MİNNƏTDARLIQ MİNNƏTDARLIQ MİNNƏTDARLIQ Bu işdə zəhməti olanların hər birinə ƏLƏSGƏR QAYIBOVun ailəsi, qohumları və elimiz adından təşəkkür edirəm.

ULU TANRI ƏLƏSGƏR QAYIBOVa və bütün ŞƏHİDLƏRə rəhmət eləsin...


Salman MURĞUZLU.


* * *

BU GÜN ÖVLADLARIM VƏ
DOĞMALARIMLA BİRLİKDƏ
ŞƏHİDLƏR XİYABANINI
ZİYARET ETDİK.
ƏZİZİMİZ ƏLƏSGƏR QAYIBOVUN,
ELƏCƏ DƏ BÜTÜN ŞƏHİDLƏRİMİZİN
RUHLARIYLA GÖRÜŞDÜK.
SONRA TÜRKİYƏNİN
ANKARA TELEVİZİYASINA
20 YANVAR HADİSƏLƏRİ İLƏ BAĞLI
MÜSAHİBƏ VERDİM.
ALLAH ŞƏHİDLƏRİMİZƏ
RƏHMƏT ELƏSİN...





.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: