Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI... Gürcüstan » Qaraçöp 16 Şubat SƏMƏD QARAÇÖP (1952)1952-ci ildə qədim Qaraçöp bölgəsinin Yor-Muğanlı kəndində dünyaya göz açan Səməd Mahmud oğlu Səmədov (Qaraçöp) 1977-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. Şeirləri «Azərbaycan gəncləri», «Ədəbiyyat və incəsənət», «Gürcüstan» qəzetlərində, «Azərbaycan», «Gənclik», «Ulduz», «Azərbaycan təbiəti» jurnallarında, «Yaşıl budaqlar», «Dan uluduzu», «Ağır elli Borçalı» toplularında çap olunub. İlk şeirlər kitabı «Vətənin qıraqda qalan yerləri» 1989-cu ildə «Yazıçı» nəşriyyatında işıq üzü görüb. Vərəqlərinə dərd hopmuş, vətən həsrətindən, ulu torpağa hörmətdən, Oğuza məhəbbətdən, ədalətə çağırışdan, haqsızlığa nifrətdən yoğrulmuş şeirləri oxuguqca Səməd Qaraçöpün ilk kitabının uğuruna sevinir, ilham pərisinin zərifliyinə tapınırsan. İstedadlı qələm dostumuz Zümrüd Qurbanlı necə də gözəl deyir: Səməd poeziyaya elə-belə yazmaq xatirinə gəlməyib və yaxud öz istedadına arxalanıb şeir düzmür. Şeir onun özü ilə zaman arasında körpüdür, dialoqdur. Şeir onun üçün həqiqəti demək imkanı, həqiqətə gedən yol, bir sözlə, həqiqət bütüdür.Qurban getdi Alp ərənlər,Qurban getdi, - Alp oldu.Yalıncıqlar əyildi-əyildi,Oğuz torpağına qulp oldu…Yalıncığı niyə öldürmədin, Beyrək?Və yaxud:… Həmişə içindən yıxıldı Oğuz,… Həmişə gücündən yıxıldı Oğuz.- bu acı həqiqəti, odlu-alovlu misraları yana-yana oxuyuruq. Oxuduqca görürük ki, S.Qaraçöp də Vətənin dərdlərini çiyninə yük eyləyən əsl vətəndaş şair kimi bu yükün altında əyilmir, sınmır, haqsızlığa etiraz edir, kəmsavad rəhbərlərin şüarlarına əl çalmır, yalan adında nə varsa, nifrət dolu misralarında, özünün şair dünyasında bu yalanların qəbrini qazır…Gəlin ağ yerinə qara satmayın,Gəlin bostançıya tərə satmayın…Simasızlıq, riyakarlıq, yalanın ayaq tutub yeriməsi, mənəviyyatsız adamların elmdən, mərifətdən dəm vurması dünyanın boynuna biçilmiş dərdlərindən biridir:Əyil, bu yalanlar dilinə yatsın,Əyil ki, bu dünya əlinə yetsin…Yurd yeri, ona bağlılıq, el-obaya məhəbbət, balaca daxmanın toz basmış pəncərəsindən gözləri yollara dikilən, uzaqlarda özünə qismət, tale axtaran oğullarını gözləyən ananın dərdi, boşalmış yurdun «Yanıq Kərəmi» havasında qəmli-qəmli yanması, «Yurd yeri» üçün qəribsəməsi Səmədin poetik dünyasından yan keçmir və keçə də bilməzdi:… Bir ot da baş qoyur öz topağına,Bir daş da üzünə bir yarpaq çəkir…Vətənin gözdən uzaq, könüldən iraq yerlərinin taleyi şairi bir vətəndaş kimi narahat edir, Vətənin qıraqda qalan yerləri, şair ürəyinin ağrılı dünyasından qovrulub keçəndən sonra misra-misra bizə qəmli gələcək, unudulmuş bir keçmişdən söhbət açır. Doğma yurdu dəyər-dəyməzinə satıb, əcdadının qəbirlərinə baş çəkmədən, cənnət eşqi ilə baş alıb gedənlərin vəfasızlıqlarına heyfsilənir…… Aşıb arabalar, otunu minib…… Günahsız obalar atını minib…Dünyanın tale deyilən oyunundan qisməti yuxusuz gecələr olmuş şair, dünyanın məsum gününü, poeziyanın «fəlsəfə suyuna çəkir»:İlan balasıyla uşaq oynayır,Uşaqdı, dünyadan xəbəri yoxdu.Uşaqnan oynayır ilan balası,Oynayır - hələ ki, zəhəri yoxdu…Tənqidçi Vaqif Yusifli «Yollar hara aparır» sərlövhəli məqaləsində («Gənc şairlərin yaradıcılığı barədə sözüm», «Ulduz», 1990, N: 9, səh.88) yazır: «S.Qaraçöpün şeirlərini oxuyuram və mənə elə gəlir ki, o, əksər misralarını düşünə-düşünə yazır, oxucuya aşılamaq istədiyi hər hansı fikrə fəlsəfi-tarixi məzmun verməyə çalışır».Çəkdikcə tarixi qaranlıqlaraQaranlıq dünyanın qara qoçları;İşıq dirəkləri düzülən kimiDüzülüb tarixə dar ağacları.Bu misralar şairin «Asılmış işıqlar» şeirindədir və həmin şeirdə o, işıq obrazını tarix obrazı ilə yanaşı təqdim edir. Tarixə düzülən dar ağacları deyil, işıqlardır - «Nəsimi açılıb 600 ildi, tarixin yolunu işıqlandırır».Şair «Bir göz qırpımı» şeirində Nəsimi ömrünü əbədiləşdirir. Burada qəhrəmanlığın tarixilə qovuşması bir neçə yatımlı misrada sərrast ifadə edilir:Ovu bərəsində gördü Nəsimi,Bir göz qırpımına qısıldı tarix.Bir göz qırpımından asıldı tarix,Onu barəsində vurdu Nəsimi.«Dərd dəyirmanı» şeirində dünyanın dəyirman daşına dönən ürəkdə fırlanması, bu dəyirmanın gecələri dərd üyütməsi maraqlı tapıntıdır. Belə effektli tapıntılar S.Qaraçöpün yaradıcılığında, demək olar ki, silsilə təşkil edir.«Böyük-kiçik» şeirində isə bütün mətləb son bəndin üzərində qurulub:Öz işi-gücü var hər kiçiyin də,Böyük də, kiçik də ev tikir, qaqaş.Kiçik öz hayında, öz evciy»ində,Böyüklər dərdiylə böyükdür, qaqaş.Şairin «Böyüklük» adlı başqa bir şeirində də böyüklük haqqında məlum bir həqiqət çözələnir:… Görən, bu dünyada böyüklük nədi,Hər şey böyüməyə can atır belə?… Görən, bu dünyada böyütmək nədi,Görən, hara gedir əl boyda ürək?… Dünya böyüklüyə can atır, Allah,Böyüklük adını qoruyaq gərək.«Əsl şairi necə təsəvvür eləyirsən?» - sorğusuna Səməd Qaraçöp «Ulduz» jurnalının 1988-ci ilin 3-cü nömrəsində belə cavab verir:«Həqiqət od kimi, işıq kimi bir şeydir, şairlər də var ki, pərvanə kimi, kimisi özünü bir yol oda salıb yandırır, kimisi də ömrü boyu yana-yana yaşayır. Bir yol yanmaq da pərvanəlikdi, ömrü boyu yanmaq da». Şair müsahibənin sonunda deyir:«Şeir də insan kimidi - dərdi, sevinci olan insan kimi. İnsanın da eləsi var ki, ilk baxışdan xoşuna gəlir, amma yaxından tanıdıqca yavaş-yavaş ürəyin dönür, soyuyursan; eləsi də var ki, əksinə, ilk baxışdan xoşuna gəlmir, amma get-gedə ona daha çox isnişirsən, ayrılmaq istəmirsən.Şeir də insan kimidi, başqa cür ola bilməzdi; şeir özü insan ürəyindən cücərən ilahi işıq toxumlarıdı, axı öz dərdi, sevinci, öz içəri və eşik dünyası olan insan ürəyindən.Mənim yazılarım da özünün bütün dərdləriynən, bütün sevincləriynən mənim ürəyimin işıq cücərtiləridir. Mən biləni, yazılarımnan nə qədər çox yol yoldaşı olsan, onlara bir o qədər çox isnişərsən.Öz yazılarımın bu cəhətinə daha çox arxalanıram».Haqlısan, şair. Bəli, bu həqiqətdir!« S.Qaraçöpün şeirləri zahirən xalq poeziyasına bağlıdır. Bu şeirlərin axıcılığı da, mövzu əlvanlığı da, xalq poeziyasına, folklora məxsus dərinliyi də, lirizm və kədəri də bu müdrik sərvətdən qidalanır. Və Səmədin şeirləri buna görə də günü-gündən «bir boy da» artır». «Onun hər hansı şeiri ilə müsahib ola bilərsən, bu şeirlərin havası vurur səni».Səməd qardaş, həmişə haqqında beləcə xoş sözlər eşidək!..Müşfiq BORÇALI.(Bax: Müşfiq MƏDƏDOĞLU (Çobanlı). Çağdaş Borçalı Ədəbi Məktəbi". Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.143-146.). Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.