“Filosof gözləri” tablosu Qarayazı, Müsabiqə 23 Nisan (Borçalı elinin görkəmli alimi professor Camal Mustafayevə həsr edirəm.)Rəssam, heyrətə sal bütün aləmi, O dalğın gözləri əbədiləşdir! O gözlər müdriklik məbədi kimi Sokratın bizimlə görüş yeridir. “Filosof gözləri” tablosu yarat, Orda fikirlərin görüm rəngini. Açılsın gözlərim önündə qat-qat Düşünən bir beyin xəritə kimi. Qoy görüm baxanda mən o gözlərə Qayğılar, gileylər silsiləsini, Eşidim yalana, xainə, şərə Filosof qəlbinin üsyan səsini. Rəssam, heyrətə sal bütün aləmi!..Çəkdiyin o gözlər dost olsun mənə,Laməkan ruhumu pərvanə kimiÇağırsın işıqlar səltənətinə.O gözlər – el üçün yanan bir çıraq,Yetimə-yesirə sığınacaqdı.Gündüzlər fikirli, gecələr oyaq,O gözlər mənimçün pirdi, ocaqdı!O gözlər – Allaha yaxındı, yaxın,Göy üzü Allahla görüş yerləri.Baxın, o gözlərdən dünyaya baxın,Sülhə dost olacaq döyüş yerləri!Rəssam, qoy zamandan intiqam alsınHeç vaxt qocalmayan alim gözləri.Çəkdiyin gözlərdə əbədi qalsınİnsan zəkasının parlaq səhəri!...Cavidan (Orxan Sadəddin oğlu Əfəndiyev). Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.