ALLAH RƏHMƏT ELƏSİN, NANƏXANIM MUSTAFAYEVA!.. Qarayazı, Nekroloqlar 8 Mayıs “Ziya” qəzetinin və Zim.az saytının Baş redaktoru Müşfiq Borçalı xalqımızın dəyərli ziyalısı,görkəmli alim-filosof, fəlsəfə elmləri doktoru, professor CAMAL MUSTAFAYEVəömür-gün yoldaşıNANƏXANIM MUSTAFAYEVAnınvəfatından kədərləndiyini bildirir, mərhumun əzizlərinə,bütün yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir.Allah rəhmət eləsin!..Ruhu şad olsun!.. Nanəxanım Mustafayeva 1942-ci ildə Tovuz rayonunda anadan olub. BDU-nun Şərqşünaslıq fakultəsini bitirib. Uzun müddət müəllimişləyib. Vəfalı həyat yoldaşı, qayğıkeş ana və mehriban nənə olub. Bu gün Haqqın dərgahına qovuşan Nanəxanımı el-oba, qohum-qardaş və əzizləri son mənzilə yola saldılar. Mehdiabad qəbirstanlığında torpağa tapşırıldı. Həyat yoldaşı, el-obamızın ağsaqqalı, Borçalının dəyərli ziyalısı, alim oğlu,professor Camal Mustafayev 53 illik həyat yoldaşının ölümü ilə barışa bilmədiyindən, göz yaşlarına da hakim ola bilmir. Allahdan Nanə xanıma Məkanının Cənnət olmasını arzulayır, bütün yaxınlarına, doğmalarına və əzizlərinə səbr diləyirik...Allah rəhmət eləsin!.. Ruhu şad olsun!... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.