General Əbdülhəmid bəy Qaytabaşı

General Əbdülhəmid bəy Qaytabaşı ƏSLƏN BORÇALIDAN OLAN MƏŞHUR İNSANLAR

Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı — Azərbaycan hərbi xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru.

10 iyul1 884 -cü ildə Tiflis şəhərində anadan olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun 1918-ci il 15 noyabr tarixli əmri ilə Ümumi qərargahın tərkibindəki növbətçi general vəzifəsinə təyin olunmuşdu. Onun tabeliyində müfəttiqlər bölməsi, təmir və bərpa bölməsi, ümumi bölmə, qeyri-nizami bölmə və nəşriyyat var idi.

Ulu babası kapitan Əbdülməcid bəy XVIII əsrin sonlarında Türkiyənin İstanbul şəhərindən Tiflisə köçmüşdür. Alay başçısı olduğuna görə ona Xaytabaşı titulu verilir. Ruslar onun Xaytabaşı soyadını sənədlərində səhvən, təriflə Qaytabaşı kimi yazmışlar. Sonralar rəsmiləşən bu nadir soyad 1920-ci ilin iyun ayında general Əbdülhəmid bəy güllələnənə qədər işlənmişdir.

Əbdülhəmid bəyin atası Şərif bəy Qaytabaşı 1835-ci il oktyabrın 26-da Tiflis Quberniyasında anadan olmuşdur.
1890-cı ildə tərtib olunmuş sənədlərdə onun süvarı qoşunlarında Şərq dillərinin tərcüməçisi olduğu, podpolkovnik kimi şərəfli yolu, orden və medalları göstərilmişdir.

Əbdülhəmid bəy Qaytabaşı 1918-1920-ci illərdə Milli Ordumuzun sıralarında şərəflə xidmət edən ən yaxşı generallardan biri idi. Əbdülhəmid bəy Birinci Dünya Müharibəsi illərində iki yüz beşinci Şamaxı piyada alayında ştabs-kapitan rütbəsində döyüşlərdə iştirak edib. 1916-cı ildə dördüncü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif olunmuşdur.

Yunker Əbdülhəmid bəy Peterburq yaxınlığındakı Pavlovsk hərbi məktəbini bitirib.
1906-ci il fevralın 23-də onun altıncı Qrenadyor-Minqrel alayında xidmətə başlayıb.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər şurasının 1919-cu il 25 iyun tarixli qərarı ilə Qaytabaşı general-mayor rütbəsinə layiq görülmüşdü. 1919-cu il dekabrın 10-da general-mayor Həbib bəy Səlimov Bakı istehkamçılar hissəsinin rəisi təyin edilərkən, Ümumi qərargah rəisi vəzifəsinin müvəqqəti icrası Qaytabaşıya həvalə olunmuşdu. Bu vəzifəni Azərbaycan ordusunun qərargahı yaradılana qədər icra etmişdir. 1920-ci il martın 1-dən fəaliyyətə başlayan Azərbaycan ordusu qərargahında Qaytabaşı növbətçi generalın idarəsinə rəhbərlik edirdi. Hərbi nazirlikdə struktur dəyişikliklərindən sonra ümumi bölmə, təftiş bölməsi, pensiya bölməsi və nəşriyyat işləri bu idarəyə verilmişdi. Aprel işğalından (1920) sonra Qaytabaşı qısa müddət Azərbaycan ordusu qərargahının rəisi vəzifəsini icra etmişdi. Lakin Azərbaycanda sovet-bolşevik rejiminə qarşı müqavimət hərəkatı genişləndikdə, bir çox Cümhuriyyət generalları kimi, Qaytabaşı da bolşeviklər tərəfindən repressiyaya məruz qaldı və güllələndi.

Gürcüstan Azərbaycanlıları N 1

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: