Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Azərbaycandilli ümumtəhsil məktəblərinin müəllim kollektivi ilə görüş keçirib Tiflis, Qarayazı, Diaspora 12 Temmuz Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri cənab Dursun Həsənov bu gün - 2017-ci il iyulun 11-də səfirliyin binasında Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ümumtəhsil məktəblərinin müəllim kollektivi ilə görüş keçirib. Görüşün keçirilməsində əsas məqsəd Azərbaycandilli məktəblərdə olan problemlərlə səfiri tanış etməkdən ibarət olub. Tiflisdən jurnalist Nadir Almazoğlu ZiM.Az-a bildirib ki, görüşdə Paytaxt Tiflis və Rustavi şəhərlərindən olan müəllimlərlə yanaşı, Qardabani, Marneuli, Bolnisi, Dmanisi rayonlarından da müəllimlər iştirak ediblər. Görüşdə iştirak edən müəllimlər Azərbaycandan gətirilən Azərbaycan dili və Ədəbiyyatı kitablarının çatışmadığını, yaxın gələcəkdə Azərbaycandilli məktəblərdə Azərbaycan dili və Ədəbiyyatı fənni üzrə kadrların çatışmayacağını, soydaşalarımızın təhsil aldıqları məktəblərdə Fizika, Kimiya və Bialogiya müəllimlərinin demək olar ki, oldmadığından, Gürcüstanda Azərbaycandilli məktəblər üçün tərcümə edilmiş kitabaların yararsız vəziyyətdə olduğunu, eləcə də azərbaycanlı şagirdlərin gürcü dilini öyrənmək məqsədilə gürcü dilli məktəblərə axının başaladığını səfirin diqqətinə çatdırıblar. Qeyd edək ki, görüşdə Azərbaycanlıların təhsil aldıqları Rustavi 18 nömrəli azərbaycandilli məktəbinin təmirə böyük ehtiyacı olduğunu, eləcə də azərbaycandilli məktəblərin böyük əksəriyyətində idman zalının olmamadığı, olanların isə avadnlılqlarıla təchiz edilmədiyi kimi məsələlər səsləndirilib. Müəllimlərlə görüşün sonunda Cənab səfir Dursun Həsənov "Gürcüstanda Azərbaycanlı Müəllimlər ittifaqına” bir ədəd bilgisayar da hədiyyə edib. Səfir Gürücüstanda belə bir təşkilatın yaradılmasının müsbət əhəmiyyət daşıdığını və bundan öz razılığını bildirib. Səfir yaxın zamanlarda bu problemlər barəsində Azərbaycanın və Gürcüstanın əlaqədar qurulmalarına müraciət edəcəyini və özü şəxsən həmin məktəblərdə görüşlər keçirəcəyinə söz verib. Tədbirdə iştirak edən müəllimlər də görüşdən öz razılıqlarını bildiriblər.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.