Gürcüstan-Türkiyə-Azərbaycan Baş qərargahların növbəti üçtərəfli iclası 2018-ci ildə Azərbaycanda keçiriləcək Gürcüstan » Tiflis 17 Ekim Baş qərargahların növbəti üçtərəfli iclası 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək. ZİM.az saytının məlumatına görə, bu barədə Gürcüstan-Türkiyə-Azərbaycan Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşündə bildirilib. Tədbirdə çıxış edən Gürcüstan Silahlı Qüvvələrinin Qərargah rəisi, general-mayor Vladimir Çaçibaia Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin rəhbərlərinə - general-polkovnik Zakir Həsənova və ordu generalı Hulusi Akara Gürcüstanın ərazi bütövlüyünü və ölkəmizin Avro-Atlantik məkana daxil olduğunu dəstəklədiklərinə görə minnətdarlığını bildirib.V.Çaçibaia Gürcüstanın NATO standartlarına uyğun müdafiə imkanlarını gücləndirmək üçün hazır olduğunu bildirib.Görüş çərçivəsində tərəflər üçtərəfli formatda əməkdaşlığın davam edəcəyinə ümidvar olduqlarını bildiriblər.Tərəflər Gürcüstan, Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında artıq yaxın və uğurlu əməkdaşlığı müzakirə ediblər. General-mayor Vladimir Çaçibaia Gürcüstanın Silahlı Qüvvələrinin döyüş hazırlığı və regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün ölkəmizdə keçirilən Gürcüstan, Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin “Qafqaz qartalı-2017” adlı səhra əməliyyatı hərbi təlimlərində fəal iştirak etdiklərini vurğulayıb. Tədbirdə hərbi təhsil, hərbi təlimlər və birgə idman tədbirləri ilə əlaqəli gələcək əməkdaşlıq planları müzakirə edilib. Tədbirdə qeyd olunub ki, hər üç ölkə Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünü və münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir.Bu gün başa çatan üçtərəfli görüşün yekununda birgə sənəd qəbul edilib.Görüşdə Baş qərargahların növbəti üçtərəfli iclası 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcəyi qeyd olunub.Nizami Məmmədzadə, jurnalistZiM.Az, Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.