Tbilisidə Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb Mədəniyyət, Tiflis 1 Mart Martın 1-də Tbilisidə Gürcüstan Milli Muzeyinin D.Şevardnadze adına Milli Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb.Sərgidə rəssamın 40-a yaxın əsəri nümayiş olunur.Fərhad Xəlilov AZƏRTAC-a müsahibəsində deyib: “Tbilisidə əsərlərimi gürcü sənətsevərlərə təqdim etməkdən məmnunam. Mən gördüklərimi və hisslərimi tabloya köçürürəm. Ancaq çəkdiyim rəsmləri tamaşaçılarla təqdim etmək mənə həmişə xoşdur. Tbilisidə olmaq isə mənim üçün ikiqat sevincdir. Gürcü dostlarımın, sənətsevərlərinin fikirləri mənim üçün çox əhəmiyyətlidir”.Muzeyin direktoru David Lordkipanidze sərgini açaraq Azərbaycanın və Gürcüstanın mədəniyyət nazirlərinin təbrik məktublarını oxuyub. Xalq rəssamına yaradıcılıq uğurları arzulayıb.Sonra Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov, Gürcüstandakı Rusiya Sərgi Mərkəzinin rəhbəri Leonid Bajenov və başqaları çıxış ediblər. Bildirilib ki, Xalq rəssamının sərgiləri dünyanın bir çox ölkələrində uğurla nümayiş olunub. Onun yaradıcılığı Fransa, Rusiya, Türkiyə, ABŞ, Almaniya, İtaliya, Suriya, Britaniya və Bolqarıstanda böyük maraqla qarşılanıb.Sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfirliyinin, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin əməkdaşları, Tbilisi ictimaiyyətinin nümayəndələri, tanınmış rəssamlar və sənət adamları iştirak ediblər.Xətayi ƏzizovAZƏRTAC-ın xüsusi müxbiriTbilisi. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.