Azərbaycanlı uşaq yazıçısı Aygün Bünyadzadə “Beynəlxalq Təbəssüm Ordeninə” layiq görülmüşdür

Azərbaycanlı uşaq yazıçısı Aygün Bünyadzadə “Beynəlxalq Təbəssüm Ordeninə” layiq görülmüşdür Azərbaycanlı uşaq yazıçısı Aygün Bünyadzadə “Beynəlxalq Təbəssüm Ordeninə” layiq görülmüşdür Azərbaycanlı uşaq yazıçısı Aygün Bünyadzadə “Beynəlxalq Təbəssüm Ordeninə” layiq görülmüşdür Azərbaycanlı uşaq yazıçısı Aygün Bünyadzadə “Beynəlxalq Təbəssüm Ordeninə” layiq görülmüşdür Azərbaycanlı uşaq yazıçısı Aygün Bünyadzadə “Beynəlxalq Təbəssüm Ordeninə” layiq görülmüşdür Azərbaycanlı uşaq yazıçısı Aygün Bünyadzadə “Beynəlxalq Təbəssüm Ordeninə” layiq görülmüşdür 11 mart 2016-cı ildə, Polşada, Azərbaycanlı
uşaq yazıçısı
Aygün Bünyadzadəyə,
Polşada təsis olunmuş və BMT tərəfindən təsdiq olunmuş Beynəlxalq Təbəssüm Ordeninin təqdim olunma mərasimi keçirilmişdir.


Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
baş tutmuş bu səfərdə, yazıçımıza “Uşaqlar qarşısında xidmətlər üçün” Beynəlxalq Təbəssüm Ordeni təqdim edilmişdir.

Mıslovitsa şəhərində
baş tutmuş tədbirdə
Azərbaycan tərəfindən
Azərbaycanın Polşadakı
səfirliyinin nümayəndəsi
Elnarə Məmmədova
da
iştirak etmişdir.

Beynəlxalq Təbəssüm
Ordeninin təşkilar
komitəsinin sədri,
eyni zamanda, beynəlxalq
uşaq hüquqları üzrə
Avropanın baş ombusdmanı
Marek Mixalak
Ordeni
Aygün Bünyadzadəyə
təqdim etmişdir.
Təqdimatın ən maraqlı
anlarından biri o idi ki,
mükafat almış şəxs
uşaqların onun üçün
bir qədəhə sıxdıqları
bir neçə limonun suyunu
birnəfəsə içməli,
içdikdən sonra isə
yenə də öz təbəssümünü
saxlamalı idi.
Bu isə, “həyatın ən çətin anlarında belə, körpə balaların çöhrələrinə təbəssüm bəxş etməyə özümdə qüvvə tapacağam” mənasını verir. Aygün Bünyadzadə bu sınağın da öhdəsindən uğurla gəldikdən sonra, uşaqların və tədbirdə iştirak edən qonaqların : Polşa seyminin üzvlərinin, Mıslovitsa şəhərinin merinin və digərlərinin qarşısında Orden ona təqdim edilmiş və yazıçımız “Təbəssüm Ordeni kavaleri (cəngavəri)” fəxri adını qazanmışdır.

Mıslovitsa şəhəri
3 saylı ibtidai məktəbdə
keçirilən tədbirdə,
Polşa Respublikasının
Prezidenti
Andjey Duda
nın da
tədbir iştirakçılarına
təbrik məktubu oxundu.

1968-ci ildə Polşada təsis edilmiş, uşaqlar tərəfindən böyüklərə (onların göstərdiyi mehribanlığa, dostluğa və səbrə görə millətindən, dinindən, yaşadığı yerdən, rəngindən asılı olmayaraq) verilən “Təbəssüm Ordeni”nə bu günə qədər Bill Klinton, Marqaret Tetçer, XIV Dalay Lama, II Papa İohann Pavel, Tereza Ana, İsveç kraliçası xanım Silviya, Stiven Spilberq, Nelson Mandela, Vyaçeslav Kotyonoçkin, Sergey Obraztsov, Peter Ustinov, Astrid Lindqren, Aqniya Barto, Tuve Yansson, Coan Roulinq, Sergey Mixalkov, azərbaycanlı aktyor
Ələkbər Hüseynov
və başqa çoxsaylı ictimai, siyasi və ədəbiyyat xadimləri layiq görülmüşlər.

Xatırladaq ki,
Aygün Bünyadzadə,
bütün Şərq dünyasında
bu mükafata
layiq görülən
ilk xanım yazardır.


Mükafat BMT Baş katibinin qərarı ilə 1979-cu ildən beynəlxalq status daşıyır.

İstedadlı yazıçımız Aygün xanımı biz də ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: