Tamara Kvesitadzenin Bakıda fərdi sərgisi olacaq

Tamara Kvesitadzenin Bakıda fərdi sərgisi olacaq Aprelin 17-də Milli İncəsənət Muzeyində
Tamara Kvesitadzenin fərdi sərgisi təşkil olunacaq.
Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən
təşkili nəzərdə tutulan bu sərginin təşkilatçıları
"Kukla" adlı rəsm qalereyası, Mədəniyyət və
Turizm nazirliyi və Muzey Mərkəzidir.
Həmçinin, bu sərgi 23 apreldə
"Kukla" rəsm qalereyasının yaranmasının
iki illiyinə təsadüf edir.
Bu hadisə həmçinin tanınmış rəssam,
heykəltəraş, memar Tamara Kvesitadzenin
dəstəyi və istəyi ilə gerçəkləşir.
Gürcü əsilli və ABŞ-da yaşamış T.Kvesitadze
Tbilisi Texnologiya İnstitutunu bitirib.
Bir müddət İtaliyada yaşayıb.
Orda olarkən Venesiya karnavalından təsirlənərək
öz əl işlərini - kuklaları hazırlamağa başlayır.
İtaliyadan ABŞ-a (Amerika Birləşmiş Ştatları) köçən
bu rəssam digər həmkarları Paat Sanay və
Zuroy Ququlaşvili ilə birgə "Tamara Studiyası"nı açırlar.
Əsərlərini geniş kütləyə 2007-ci il 52-ci
Venesiya Biennalisində təqdim etmişdir.
Onun yaratdıqları arasında "Qadın və Kişi"
(Batumidəki "Əli və Nino") adlı işi
7 metr hündürlüyündədir.
Bakıda təşkil olunacaq sərgidə
"Kukla" adlı qalereyanın "Balerina",
"Oxatan", "Qırmızı və mavi", "Mələk"
və digər sənət nümunələri nümayiş olunacaq.

Aliyə Əsədova.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: