Kitabxananın əməkdaşları Abdulla Şaiqin mənzil muzeyinə ekskursiya təşkil ediblər Mədəniyyət 24 Eylül Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları Abdulla Şaiqin 140 illiyi ilə əlaqədar tədbirlər həyata keçirir.Kitabxananın əməkdaşları tərəfindən “Yubileylər silsiləsi” çərçivəsində şairin əziz xatirəsini yad etmək məqsədiə Abdulla Şaiqin mənzil muzeyinə ekskursiya təşkil edildi. Ekskursiyada əməkdaşlarla yanaşı 158 №-li tam orta məktəbin şagirdləri də iştirak etdilər.Abdulla Şaiqin mənzil muzeyinin bələdçisi Fəridə Məmmədova şairə məxsus əşyaları göstərərək onun ev muzeyi haqqında kitabxanaçılara və şagirdlərə ümumi məlumat verdi.Gəzinti zamanı kitabxananın əməkdaşları və 158 №-li tam orta məktəbin şagirdləri muzeyi seyr edərək şairə aid olan bütün eksponantlarla tanış oldular. Ekskursiyada şagirdlərin ən çox diqqətini çəkən neçə illər bundan əvvəl A.Şaiqin qələmə aldığı kitab oldu.Məktəbin şagirdləri Zeynəb Məmmədova, Məhəmməd Nuriyev, Davud Oruclu şairin qələmə aldığı şeirləri həvəslə səslədirdilər.Ekskursiyanın sonunda kitabxananın əməkdaşları Abdulla Şaiqin mənzil muzeyinin müdiri Ülkər xanıma və işçilərə verdikləri məlumatlara görə təşəkkürlərini bildirdilər və kollektivlə xatirə şəkli çəkdirdiləZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.