Tbilisidə azərbaycanlılar üçün teatr məktəbi fəaliyyətə başlayır

Tbilisidə azərbaycanlılar üçün teatr məktəbi fəaliyyətə başlayır Tbilisidə Varlam Nikoladze adına teatr məktəbi fəaliyyətə başlayacaq.

Bu barədə Zim.az-a teatr məktəbinin azərbaycanlılar üzrə koordinatoru Anar Rafiqoğlu məlumat verib.

Bildiyiniz kimi, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının ən böyük problemlərindən biri də yetərincə kadrların olmamasıdır. Teatrın bədii rəhbəri, rejissor Varlam Nikoladze bu çatışmazlığı aradan qaldırmaq üçün teatra yeni istedadlar qazandırmaq niyyətindədir. Məhz bu səbəbdən də teatr məktəbinin yaranmasına qərar verilmişdir.

Anar Rafiqoğlu qeyd edib ki, teatr məktəbində aktyorluq üzrə yüksək keyfiyyətli dərslər keçiriləcək. Nitq, vokal, xoreoqrafiya kimi dərslər bunlardan bir neçəsidir. O, eyni zamanda təhsili uğurla tamamlayan tələbələrin gələcək zamanlarda həm peşəkar tamaşalarda iştirak edəcəklərini, həm də teatrın rəsmi aktyoru ola biləcəklərini vurğulayıb.

Anar Rafiqoğlu, teatr məktəbinin rəhbəri Varlam Nikoladze haqqında da məlumat verib.

Varlam Nikoladze uzun illər Türkiyədə həm rejissor, həm aktyor kimi fəaliyyət göstərib və bir çox məhşur aktyorların yetişməsində mühüm rol oynayıb.
Onların arasında Sarp Apak, Bülent İnal, Altan Engin Düzyatan, Yeşim Ceren Bozoğlu, Rıza Kocaoğlu kimi aktyorlar var.

Teatr məktəbinə qeydiyyatın artıq başladığını bildirən Anar Rafiqoğlu, aktyorluq həvəsi və istedadı olan bütün gəncləri məktəbdə təhsil almağa dəvət edib.

Biz də yeni yaranan Varlam Nikoladze adına teatr məktəbinə uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: