"Banking Baku" jurnalının təqdimat mərasimi olmuşdur

"Banking Baku" jurnalının təqdimat mərasimi olmuşdur "Banking Baku" jurnalının təqdimat mərasimi olmuşdur "Banking Baku" jurnalının təqdimat mərasimi olmuşdur "Banking Baku" jurnalının təqdimat mərasimi olmuşdur "Banking Baku" jurnalının təqdimat mərasimi olmuşdur Bu gün "Fairmont Baku" otelində "Davamlı İnkişaf Təşəbbüsləri" İctimai Birliyinin təsis etdiyi "Banking Baku" jurnalının və saytının təqdimat mərasimi keçirilmişdir.

Təqdimatda Azərbaycan Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Millət vəkili Azay Quliyev, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru, Millət vəkili Hikmət Babaoğlu, eləcə də Millət vəkilləri Qənirə Paşayeva, Şəmsəddin Hacıyev, Sahib Alıyev, Musa Quliyev, İlham Məmmədov, Milli QHT Forumunun Prezidenti Rauf Zeyni, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, həmçinin bank sektorunun nümayəndələri,
iş adamları, KİV və QHT təmsilçiləri
iştirak etmişlər.

Tədbiri giriş sözüylə Milli QHT Forumunun Prezidenti Rauf Zeyni açaraq, maliyyə-bank təmayüllü jurnalın və saytın həm Azərbaycan mətbuatı, həm bank sektoru, həm də QHT sahəsində yeni bir təşəbbüs olduğunu vurğulamış, jurnalın və saytın əhəmiyyətindən danışmışdır.

Daha sonra, "Banking Baku" jurnalının təsisçisi və baş redaktoru Aysel Quliyeva çıxış edərək, tədbir iştirakçılarını salamlamış, təsis etdikləri jurnalın və saytın əsas məramını açıqlayaraq, bildirmişdir ki, post-neft iqtisadiyyatı dövründə bankların sosial məsuliyyətinin artırılması, vətəndaş-bank münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, yerli sahibkarların və xarici investorların bank-maliyyə savadlılığının artırılması, bu sahədə operativ məlumatların oxuculara çatdırılması üçün belə bir informasiya orqanının yaradılmasına zərurət vardır.
Aysel Quliyeva jurnalın üç dildə - Azərbaycan, rus və inglis dillərində nəşr edilməsini həm daxili auditoriyaya, həm də xarici iş adamlarına informasiya dəstəyi kimi qiymətləndirmişdir.

Tədbirdə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, Azərbaycan Banklar Assosasiyasının Rəyasət Heyətinin üzvü Elçin İsayev, Millət vəkilləri – Şəmsəddin Hacıyev, Əflatun Amaşov, Azay Quliyev, İlham Məmmədov və b. çıxış edərək, jurnal və sayt haqqında öz fikirlərini bölüşmüş, kollektivə tövsiyyələrini vermiş və uğurlar arzulamışlar.

Biz də gənc və istedadlı iqtisadçı-jurnalist
Aysel Musa qızı Quliyevanın rəhbərliyi ilə
mətbuat aləminə qədəm qoyan
"Banking Baku" adlı yeni jurnalın
və eyniadlı saytın
bütün yaradıcı heyətini,
başda hörmətli AYSEL XANIM olmaqla,
hamısını, ürəkdən təbrik edir və
onlara yeni-yeni uğurlar
arzulayırıq!..

Müşfiq BORÇALI.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: