Ad Günün mübarək, əziz qardaşım Tamxil Ziyəddinoğlu!..

Ad Günün mübarək, əziz qardaşım Tamxil Ziyəddinoğlu!..
Bu gün əziz dostum-qardaşım, tanınmış jurnalist,
"Bütöv Azərbaycan" qəzetinin Təsisçisi və Baş redaktoru,
Hərbi mövzular üzrə ixtisaslaşmış Azərbaycan Jurnalistlər
İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlunun Ad günüdür.

O, 20 mart 1958-ci ildə Zəngəzur mahalında, indi Ermənistan adlanan
Qərbi Azərbaycanın Qafan rayonunun Kurud kəndində anadan olub.
1973-cü ildə Kurud kənd 8 illik məktəbini bitirib. Orta təhsili Gığı kənd orta məktəbində başa vurub.
1975-76-cı dərs ilində Bakı şəhərindəki 56 nömrəli Texniki Peşə məktəbini fərqlənmə ilə bitirib.
1977-79-cu illərdə Sovet Ordusu sıralarında xidmət edib. Tərxis olunduqdan sonra fasiləsiz olaraq çilingər, fəhlə, kitabxanaçı və digər işlərdə çalışıb.
1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsininin əyani şöbəsinə daxil olub. 1990-cı ildə Universiteti fərqlənmə ilə bitirib. Elə həmin il təyinatla “Sovet kəndi” qəzeti redaksiyasına göndərilib. Orada korrektor, müxbir və şöbə müdiri vəzifələrində işləyib. “Respublika” qəzetinin parlament müxbiri olub.
1996-cı ildə Azərbaycan Televiziyasının “Xəbərlər” redaksiyasına dəvət alıb. Hazırda Televiziyada “Hərbivətənpərvərlik” şöbəsinin böyük redaktoru, “Zireh”, “Hünər meydanı” verilişlərinin müəllifidir.
2006-cı ildə “Vətən sərhəddən başlanır” mövzusunda keçirilmiş kino sənəti üzrə müsabiqənin qalibidir. 2008-ci ildə “Bütöv Azərbaycan” qəzetini təsis edib. Qəzetin ilk nömrəsi sentyabrın 15-də Bakının Erməni-Rus birləşmələrindən azad olunmasının ildönümündə işıq üzü görüb. Nəşr günü kimi məhz bu tarixi seçməsi həm də onun Azərbaycanımızın mütləq bütövləşəcəyinə inamının ifadəsidir.
Bütöv Azərbaycan ünvanlı müqəddəs yolun yolçuluğuna özümüzə inanaraq, cəfakeş ziyalılara, adı vətənlə qoşa çəkilən analara, vətənpərvər oğullara, ərlərə, ərənlərə güvənərək çıxmışıq. Məqsədimiz parça-parça bölüklənmiş, bölünə-bölünə yağmalanmış məmləkətimizin iki yüzillik yaralarına məlhəm qoymaqdır. Bir vətəndaş olaraq hamımızın, hər birimizin əsas vəzifəsi hürr bayrağımızı uca tutmaq, dünyanın bütün azərbaycanlılarını bu bayraq ətrafında birləşdirməkdir.

Biz də belə bir əziz Bayram günündə əziz dostumuz-qardaşımız, tanınmış jurnalist,
"Bütöv Azərbaycan" qəzetinin Təsisçisi və Baş redaktoru, Hərbi mövzular üzrə ixtisaslaşmış
Azərbaycan Jurnalistlər İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlunu Novruz bayramı və
Ad günü münasibətiə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağllğl,
şəxsi həyatında, ictimai və jurnalistlik fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!...

Müşfiq BORÇALI.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: