Həmkarımız Azərbaycan Mətbuat Şurasının xüsusi Diplomu ilə təltif olunub MEDİA, Tiflis, Borçalı 27 Mayıs Təbrik edirik!..Nizami Məmmədzadə APA İnformasiya Agentliyinin Gürcüstan Bürosunun rəhbəridir. Qonşu ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında elə bir önəmli hadisə olmur ki, Nizami müəllim onu Azərbaycan oxucusuna peşəkarcasına çatdırmasın. O, sözün əsl mənasında jurnalistdir, söz sahibidir. Bu günlərdə N.Məmmədzadənin 60 yaşı tamam olub. Azərbaycan Mətbuat Şurası bütün bunları nəzərə alaraq tanınmış jurnalisti xüsusi Diplomla təltif edib. Diplomu yubilyara bu günlərdə Gürcüstana rəsmi səfərdə olan Azərbaycan Mətbuat Şurasının sədri, dəyərli eloğlumuz, tanınmış jurnalist, "Şərəf" ordenli ictimai xadim, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov 2017-ci il mayın 27-də Tiflisdəki M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində keçirilən tədbir zamanı şəxsən təqdim edib.Bu barədə Ə.Amaşov özünün Facebook səhifəsində məlumat verib.Biz də dəyərli dostumuz, hörmətli həmkarımız Nizami müəllimi bütün yaradıcı heyətimiz adından ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.