Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olubŞahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub 2017-ci il İyunun 13-də Bakıdakı
Beynəlxalq Mətbuat Mərkəzində
Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə
«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Gürcüstan üzrə xüsusi müxbiri,
Azərbaycan və Gürcüstan Jurnalistlər Birliklərinin üzvü, tanınmış jurnalist,
Gürcüstanın “Şərəf” və “Şöhrət” ordenləri kavaleri Şahismayıl Şəmmədoğlunun
“Heydər Əliyev və Gürcüstan” kitabının
təqdimat mərasimi keçirilib.


ZiM.Az xəbər verir ki, tədbiri giriş sözü ilə
Millət vəkili, Azərbaycan Respublikası
Milli Məclisinin Azərbaycan-Gürcüstan
Dostluq qrupunun rəhbəri,
Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşov
açıb.
O, bildirib ki, Azərbaycan Dövlət Televiziyasının Gürcüstandakı müxbiri Şahismayıl Şəmmədoğlu gürcü və Azərbaycan dillərində nəşr olunan kitab Heydər Əliyevin Gürcüstana ilk səfərindən sonra iki ölkə arasında yaranan əlaqələrdən bəhs edir:
“Biz qonşu xalqlarıq və ortaq adət-ənənələrimiz var. Bütün bunlar ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirir. Tədbirin Milli Qurtuluş Gününə həsr olunması da təsadüf deyil. Çünki Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Gürcüstan-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Kitabda Heydər Əliyevin Gürcüstandakı görüşləri ilə yanaşı, ona bu ölkənin ictimai-siyasi xadimlərinin verdiyi böyük qiymət də öz əksini tapıb”.

Millət vəkili, “Yeni Azəbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, kitabda Gürcüstanda yaşayan azərbaycanlılar haqqında geniş məlumat verilib: “İki ölkə arasındakı münasibətləri səciyyəvi edən əsas məsələ soydaşlarımızın orada yaşamasıdır. Gürcüstanla əlaqələrə diqqət yetirsək, görəcəyik ki, bu əlaqələr məhz 1994-cü il Heydər Əliyevin Gürcüstana səfəri ilə bağlıdır. Bu səfər böyük tarixi əhəmiyyətə malikdir və bununla Gürcüstan-Azərbaycan dostluğu daha da möhkəmlənib".

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli qeyd edib ki, Heydər Əliyev Azərbaycan-Gürcüstan münasibətlərini yüksək səviyyəyə qaldırıb: “Sovet dövründən Heydər Əliyev Gürcüstanla münasibətlərə çox önəm verib. Hesab edirəm ki, Heydər Əliyev nəinki bizim, eyni zamanda Gürcüstan azərbaycanlılarının da ümummilli lideridir".

Millət vəkili Flora Qasımova isə çıxışında bildirib ki, H.Əliyevin iki ölkə arasında dostluq münasibətlərinin təşəkkül tapmasında və Azərbaycanın xarici siyasətinin formalaşmasında, yaxın qonşularla əlaqələrin inkişafındakı xidmətini unutmaq olmaz: “Ümumiyyətlə, Azərbaycanın Gürcüstanla tarixi əlaqələri var və bizim aramızda hər hansı problem yaşanmayıb. Düzdür, əvvəllər Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti yaxşı deyildi. Ancaq ulu öndər hakimiyyətə gəldikdən sonra soydaşlarımızın problemləri həllini tapdı. Mən ümid edirəm ki, iki ölkə arasında dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək”.

Təqdimat tədbirində tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu, tanınmış jurnalistlərdən - "Səhər" qəzetinin baş redaktoru Məzahir Süleymanzadə, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları gürcü və Azərbaycan dillərində nəşr edilmiş “Heydər Əliyev və Gürcüstan” kitabının əhəmiyyətindən, iki respublika arasında mövcud siyasi, iqtisadi və mədəni əlaqələrdən danışıblar.

Qeyd olunub ki, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində Tbilisidə işıqüzü görmüş kitabın ikinci nəşri iki dildə - Azərbaycan və gürcü dillərində nəfis şəkildə çap olunub.

Tanınmış ictimai xadim, yazıçı-dramaturq Hidayət Orucov“Gürcüstan” qəzetinin redaktoru, Gürcüstanın Əməkdar jurnalisti İslam Əliyevin redaktəsi ilə nəşr olunan kitabda müəllifin - Gürcüstanın Əməkdar jurnalisti, Şahismayıl Şəmmədoğlunun son illərdə qələmə aldığı, Azərbaycan və Gürcüstan mətbuatında dərc olunan, eləcə də Azərbaycan və Gürcüstan televiziyalarında səslənən yazıları toplanıb.

Kitabda xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin, eləcə də onun ləyaqətli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qonşu Gürcüstana səfərləri, bu səfərlər zamanı iki dost və qardaş ölkələrin ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi naminə göstərdikləri böyük xidmətlər aydın şəkildə oxucuya çatdırılır.

Sonra söz kitabın müəllifi Şahismayıl Səmədoğluna verilib. O, H.Əliyevin Gürcüstan səfərlərində yaşanan hadisələri qələmə aldığını qeyd edib və vurğulayıb ki, H. Əliyev 1993-cü ildə hakimiyyətə gələndə Gürcüstanda yaşayan azərbaycanlılar çox sevinib: “Çünki onlar bilirdilər ki, bununla problemləri öz həllini tapacaq. Təsadüfi deyil ki, birbaşa Heydər Əliyevin tapşırığı ilə soydaşlarımızın sosial, iqtisadi problemləri aradan qaldırıldı. Xüsusilə, təhsil sahəsində mühüm addımlar atıldı. Orada azərbaycanlılar yaşayan ərazilərdəki məktəblər təmir olundu. Düşünürəm ki, Heydər Əliyev haqqında çox kitablar yazılmalıdır. Gürcülər Heydər Əliyevə bir qəhrəman kimi baxırlar”.

Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.

P.S.:
Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından, eləcə də şəxsən öz adımdan, ailəmiz adından, atam - Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun adından, tanınmış jurnalist, «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Gürcüstan üzrə xüsusi müxbiri, Azərbaycan və Gürcüstan Jurnalistlər Birliklərinin üzvü, Gürcüstanın “Şərəf” və “Şöhrət” ordenləri kavaleri Şahismayıl Şəmmədoğlunu
“Heydər Əliyev və Gürcüstan” adlı kitabının
II nəşrinin işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Və eyni zamanda
fürsətdən istifadə edərək,
Ş.Şəmmədoğlunun yeni kitabının təqdimat mərasiminin təşkilatçısı, son illərdə Gürcüstanda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıya görə Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Gürcüstan Dostluq qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşova bütün soydaşlarımız adından təşəkkür edir, ona şərəfli fəaliyyətində yeni-yeni uğurlar diləyirik!..

Müşfiq BORÇALI,
Azərbaycan Respublikası
"Təhsil" Mərkəzinin rəhbəri,
"Borçalı" İctimai Birliyinin
sədr müavini,
“Ziya” qəzetinin və
"ZiM.Az" saytının
Baş redaktoru

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: