“Etimad” 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edib "Elm və Təhsil", QHT 10 Ekim “Etimad” uşaq və yeniyetmələrə psixoloji dayaq İctimai Birliyi 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) Sərgisində iştirak edib.Bu barədə ZiM.Az-a İctimai Birliyin icraçı direktoru Nurlan Cabbarov xəbər verib. Sərgi Bakı Ekspo Mərkəzində, Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə “İnsan kapitalı sərvətimizdir” devizi altında keçirilir. N.Cabbarovun verdiyi xəbərə görə, sərgidə “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Sağlam təhsil ̶ sağlam millət”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim edilir.Həm də Milli Aviasiya Akademiyasının tələbəsi olan Nurlan Cabbarov qeyd edib ki, sərgidə ümumilikdə 17 ali təhsil müəssisəsinin stendləri yer alıb. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edirlər.Birliyin tələbə üzvləri Nurlan İbrahimzadə, Heydər Əsgərov, Nemət İldarov sərgidən xoş təəssuratlarla ayrılıblar.Aytac MƏDƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.