QIZILKİLSƏdə EL BAYRAMI keçirilib "Elm və Təhsil", Başkeçid 5 Ağustos 27 iyul 2019 cu il. Bu tarixi gün Gürcüstanın Dmanisi (Başkecid) rayonunun Qızılkilsə kənd sakinlərinin yaddaşına əbədi həkk olundu. Elin yurd sevdalısı olan ogulları bütün qızılkilsəlilərin bir araya gəlib, dədə yurdunda el şənliyi törəni kecirilməsinə nail olublar. Qızılkilsə - Ata Yurdu Təşkilat Qrupunun sədri Abdulla Məmmədovun yüksək təşkilatcılıq bacarıgı sayəsində baş tutan möhtəşəm el şənliyinin sədası Gürcüstan ictimaiyyətinin diqqətini özünə cəlb edib. Yurd təəssubkeşlərinin cagırışı ilə dünyanın bütün regionlarından dogma ata yurduna üz tutan ogul və qızları bu tarixi hadisəni böyük çoşqu ilə qeyd ediblər. Uzun ayrılıqdan sonra kəndin havasını udub, buz bulaqlarının suyunu icən dogmalar üc gün el şənliyi keciriblər. Kəndin 7-dən tutmuş 77-yədək bütün sakinləri ata yurdunun öləzimiş həyatına yeni nəfəs, xoş ovqat bəxş etmişlər. Təşkilatcıların məqsədi insanlarda yurd təəssubkeşlıyini oyatmaq, unutqanlıga son qoyub, el camaatını birləşdirmək, həmrəylik yaratmaq olub. Gürcüstanın ictimai-siyasi həyatında həmişə fəal mövqeyi olmuş qızılkilsəlilər bu gün də öz tarixi ənənəsini yaşatmaqda davam edir. Kənddən cıxmış yüzlərcə ziyalı, elm, mədəniyyət, idman, tibb mütəxəssisi bu gün dünya arenasında öz imzasıyla tanınır. Tinatin Məmmədova, f. e. doktoru.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.