ƏLİ KAZIMOV VƏ "MOSKVA ŞƏHƏR QƏRB İNZİBATİ DAİRƏSİ AZƏRBAYCANLILARIN MİLLİ MƏDƏNİ MUXTARİYYATI" ADLI DİASPORA TƏŞKİLATIMIZ

ƏLİ KAZIMOV VƏ "MOSKVA ŞƏHƏR QƏRB İNZİBATİ DAİRƏSİ AZƏRBAYCANLILARIN MİLLİ MƏDƏNİ MUXTARİYYATI" ADLI DİASPORA TƏŞKİLATIMIZ Dünya təcrübəsi göstərir ki, dövlətçiliyin inkişafında diaspora amili mühüm yerlərdən birini tutur. Bu, dövlətin beynəlxalq aləmdə nüfuzunun artması və təsir imkanları əldə etməsi ilə bağlıdır. Bundan əlavə, beynəlxalq münasibətlər sistemi diasporu özündə siyasət, mədəniyyət, cəmiyyət, birliklər və s. birləşdirən institutlaşmış funkisional tərkib kimi qəbul edir.
Azərbaycan Respublikası da beynəlxalq aləmin tərkib hissəsi olduğuna görə, diaspor amili dövlətçiliyimizin inkişafı və Azərbaycanın dünyadakı nüfuzunun və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir.

Azərbaycan diasporunun Azərbaycan dövləti ilə birgə və qarşılıqlı fəaliyyəti Azərbaycanın yenidən müstəqilliyə qovuşması və Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə əlaqədardır. Məhz Ümummilli Liderin Azərbaycan rəhbərliyinə ikinci dəfə qayıtmasından sonra, ölkənin diasporla bağlı vahid dövlət strategiyası müəyyənləşdi, diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.


Aparılmış məqsədyönlü işlər nəticəsində bir çox ölkələrdə 40-a yaxın diaspora təşkilatları fəaliyyət göstərir.
Belə təşkilatlardan biri də Rusiyanın Moskva şəhərində məskunlaşmış azərbaycanlılardan ibarət təşkil olunmuş "Moskva Şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlıların Milli Mədəni Muxtariyyatı" adlı diaspora təşkilatıdır. Təşkilatın sədri Kazımov Əli Əli oğludur.
O, 02 fevral 1975-ci ildə Hacıqabul rayonunda musiqiçi ailəsində anadan olub. Tam orta məktəbi Hacıqabul rayonunda bitirib. 1997-ci ildən Rusiyada yaşayır. Rusiya Vəkillər və Notariat Akademiyasını və Rusiya Kənd Təsərrüfatı Akademiyasının Dövlət xidməti fakültəsini bitirib. Rusiya Dövlət Dumasında deputat köməkçisi, hüquqşünas, fərdi sahibkar və Moskva Şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlıların Milli Mədəni Muxtariyyatının sədridir. Qarabağ müharibəsi şəhidi Kazımov Əliheydər Əliağa oğlunun qardaşıdır. Ailəlidir, 4 övladı var.

Əli Kazımovun rəhbərlik etdiyi Təşkilat artıq uzun illərdir ki, Moskvada və eləcə də Rusiyanın müxtəlif şəhərlərində dövlət əhəmiyyətli tədbirlər keçirir, Rusiyada yaşayan azərbaycanlı ziyalıların, dövlət xadimlərinin, şair və yazıçıların anım günlərini, yübileylərini, xatirə və yaradıcılıq gecələrini keçirir.

2019-cu il yanvarın 24-də Rusiya Dumasında keçirilən iclasında
Rusiya Prezidentinə Əli Kazımovun rəhbərlik etdiyi Təşkilatın nümayəndələri və diaspora fəalları Nizami Bəşirov, Elxan Rüstəmov, İlham Tağıyev, Raqib Bayramov, İlqar Məmmədov, Şamil Əliyev, Bahəddin Əhmədov, İmran Abdinov, Çingiz Qafarov, Zaur Qiyasov, Elnur Aslanov, Elşən Süleymanov, Fəxrəddin Abdullayev və Elnur Cavadov tərəfindən Bəyanat ünvanlanmışdır.

Bəyanatda qeyd edilirdi ki, yanvarın 22-də doğum günü və yanvarın 24-də həlak olması ilə əlaqədar olaraq, Tank qoşunları general mayoru, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun adını əbədiləşdirmək üçün Rusiyadakı küçələrdən birinə onun adı verilsin.

Əli Kazımovun rəhbərlik etdiyi təşkilat və diaspora fəalları 2019-cu il mayın 18-də Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Rəssamlar Birliyinin üzvü, şairə-rəssam Maya Bədəlbəylinin yaradıcılıq gecəsində, mayın 23-də Rusiya Azərbaycanlıları İcmasının Ofisində görkəmli şair və yazıçılar Sultan Mərzili, Aliq Nağıoğlu və Eyvaz Zeynallı ilə keçirilən görüşdə, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci il dönümü ilə əlaqədar Zelenqrad şəhərində keçirilən tədbirdə, iyunun 15-də Qurtuluş günü ilə əlaqədar keçirilən tədbirdə, iyunun 26-da Silahlı Qüvvələrimizin yaranmasının 101-ci il dönümü ilə əlaqədar keçirilən tədbirdə, Ağdamın işğalı ilə əlaqədar keçirilən tədbirdə, avqust ayında Qurban bayramı ilə əlaqədar keçirilən tədbirdə, Rusiyada keçirilən beynəlxalq hərbi oyunlarda, Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində keçirilən "Dünya Azərbaycanlılarının Platforması" adlı konfransda, "Sabuntay-2019" adlı Beynəlxalq Moskva Festivalında, Rusiyada yaşayan həkim-şairə Afaq Şıxlının yaradıcılıq gecəsində, noyabr ayında "Balaşixa-böyük ailə" adlı III Milli Mədəniyyət Festivalında və Zəngilan rayonunun işğalının 26-cı il dönümünə həsr edilmiş tədbirdə, dekabr ayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbirlərdə və 2020-ci ilin yanvarında Qanlı 20 Yanvar Faciəsinin 30-cu il dönümünə həsr olunmuş tədbirlərdə iştirak etmişdir.

Bu gün Əli Kazımovun rəhbərlik etdiyi təşkilatın uğurları sərhəd tanımır.
Əminik ki, həmin təşkilat bundan sonra da yeni-yeni uğurlara imza atacaq və Rusiyadakı diasporamızı yüksək şəkildə təmsil edəcəkdir.

Yunis Qaraxanov,
"Şərqin səsi", "Elm və təhsil" qəzetlərinin redaktoru,
"Borçalı"NPM-nin ədəbi redaktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: