Pilot, iqtisadçı, bəzən də futbolçu olmaq arzusunda olan Fərid

Pilot, iqtisadçı, bəzən də futbolçu olmaq arzusunda olan Fərid Muradzadə Fərid Rəşad oğlu -2007-ci il oktyabrın 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur.

Atası Muradov Rəşad Hüseyn oğlu iki ali məktəb bitirmiş, ali təhsilli iqtisadçıdır. Naxçıvanda hərbi xidmətini başa vurub, qayıtdıqdan sonra Prezident Yanında Dövlət İdarəçilik Akademiyasını da bitirmişdir. Hal-hazırda iqtisad üzrə fəlsəfə doktorudur, ali məktəbdə dərs deməklə yanaşı həm də məsul vəzifə daşıyır.

Anası Muradova Nulanə Bəşir qızı əvvəlcə tibb kollecini bitirmiş, sonra ali təhsil alaraq jurnalist peşəsinə yiyələnmişdir. Hal-hazırda Azərbaycan Dövlət İqtisad universitetində mühasibat-uçotu fakültəsində təhsil alır. O, Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində dövlət qulluğunun məsləhətçi və baş referentidir.

Fərid Muradzadə, 6 yaşından Nərimanov rayonundakı 200 saylı məktəb-bağça litseyin birinci sinfinə qəbul olunmuş, lakin, yeni mənzilə köçməkləri ilə əlaqədar Xətai rayonundakı 245 saylı tam orta məktəbə dəyişilərək, təhsilini orada davam etdirmişdir. Oxumağa böyük həvəsi olan Fərid öz bilik və bacarığını yoxlamaq üçün Heydər Əliyev adına litseydə sınaq imtahanlarından yüksək bal toplayaraq, litseyə qəbul olunmuşdur.

Pilot, iqtisadçı, bəzən də futbolçu olmaq arzusunda olan FəridFərid Muradzadənin maraq dairəsi çox genişdir. O, hər bir ixtisası, fənni öyrənməyə meylli olsa da ən çox üstünlüyü idmana verir. Təbii ki, bu meyl, həvəs ailədən gəlir. Çünki, Fəridin atası vaxtı ilə həm idmanın karate növü ilə, həm şahmatla, həm də musiqi ilə məşğul olubdur. Bütün bunlarla yanaşı Fərid də musiqi ilə də məşğul olur. O, Xətai rayonundakı 34 saylı musiqi məktəbində klarnet ixtisası üzrə üçüncü sinfində oxuyur. Bundan başqa idmana böyük həvəsi olan Fərid, idmanın cüdo və karate növü ilə də məşğul olmuşdur. O, hər iki idman növü üzrə dəfələrlə Bakı şəhərində keçirilən yarışlarda iştirak etmiş, bir neçə fəxri fərmanlar, diplom və medallar qazanmışdır.

Gözəl üzməyi bacaran Fərid, həm də kompüter həvəskarıdır. Boş vaxtlarında kompüterdə müxtəlif oyunlar oynayır. Ümumiyyətlə, Fərid həyatında rəngarəngliyi çox sevir. Ağırtəbiətli olan Fəridin böyüklərə xas olan xüsusiyyətləri vardır. O, baba və nənələrinə qarşı da çox diqqətlidir. Pərixanım nənəsinə qarşı isə xüsusi sevgisi vardır. O, nənəsinə olan sevgisini hər kəsin yanında açıq-aydın deməkdən belə çəkinmir. Fərid tez-tez, demək olar ki, hər gün nənə və babası ilə telefon əlaqəsi saxlayır, onlara olan qayğısını bildirir. Fərid dostları ilə də çox mehriban və ünsiyyətcildir.

Fərid Muradzadənin özündən böyük Fuad adlı bir qardaşı, özündən kiçik Əminə adlı bir bacısı da vardır.
Qardaşı Fuad artıq orta məktəbin onuncu sinfindədir. Fərid qardaşı ilə həm də dostdur. İdmana və yarışlara qardaşı ilə birlikdə gedir.
Əminə isə hələ bağçaya gedir. Dörd yaşı yenicə tamam olan Əminə az müddətdir ki, bağçaya getməsinə baxmayaraq, müəllimlərinin sevimlisinə çevrilmişdir. Çoxlu şeirlər və mahnılar öyrənən Əminə bağçanı çox sevir.

Muradzadə Fəridin rəsm çəkmək qabliyyəti də vardır. Çəkdiyi rəsmlər içərisində ən çox sevdiyi rəsm Azərbaycanın üçrəngli bayrağıdır.

Fəridin gələcək üçün arzuları böyükdür, tükənməzidr. O, həm pilot olmaq arzusundadır, həm də atası kimi iqtisadçı olmağı arzulayır, bəzən də futbolçu olmaq istəyir.

Fərid hələ ki, litseyin yeddinci sinfinə keçibdir. Özünün də dediyi kimi, - ixtisas seçimi onun üçün hələ çox tezdir, amma, gələcəkdə bu peşələrdən birinə mütləq sahib olmaq istəyir.

Nə deyirik ki, Fərid Muradzadə! Arzularına çatasan. Sənə bu yolda uğurlar diləyirik.


Pərixanım MİKAYILQIZI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: