Eminə Gərəkməzli: "Polis olmaq istəyirəm" "Elm və Təhsil", Gənc istedadlar, Borçalı 6 Haziran Gərəkməzli Eminə Faiq qızı - 2003-cü ilin iyun ayının 27-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonunda anadan olub. Hazırda Marneuli rayon 8 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Sinfin fəal şagirdlərindən olan Eminə dərslərindən əla və yaxşı qiymətlər alır. Onun ən çox sevdiyi riyaziyyat və tarix fənnləridir. Gələcəkdə polis olmaq arzusundadır.Dərslərindən əlavə olaraq idmanın valeybol növü ilə də məşğul olur. Təbiəti çox sevdiyi üçün boş vaxtlarında isə əkdiyi güllərinə qulluq etməkdən zövq alır.Biz də Eminəyə "Arzun çin olsun!" - deyir və ona uğurlar diləyirik!..Zemfira BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.