Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzet “İlin ən tolerant qəzeti” adına layiq görülüb

Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzet “İlin ən tolerant qəzeti” adına layiq görülübGürcüstanda Azərbaycan dilində nəşr olunan qəzet “İlin ən tolerant qəzeti” adına layiq görülüb Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzet “İlin ən tolerant qəzeti” adına layiq görülüb
Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzet “İlin ən tolerant qəzeti” adına layiq görülüb TƏBRİK EDİRİK!..

Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzeti bu ölkənin yüksək mükafatlarından olan “İlin ən tolerant qəzeti” fəxri adına layiq görülüb.


ZiM.Az-ın Gürcüstandakı xüsusi müxbiri xəbər verir ki, noyabrın 16-da mükafat qəzetin baş redaktoru, Gürcüstanın Əməkdar Jurnalisti İslam Əliyevə təqdim olunub.

Tədbirdə bildirilib ki, Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Aparatının Milli Azlıqlar Şurası ölkədə dini, irqi dözümlülüyü, vətəndaş bərabərliyi və sülh çağırışlarını, Gürcüstan vətəndaşlarının Avropaya inteqrasiyasını dəstəkləyən, bu istiqamətdə məqsədyönlü məqalələr, müsahibələr dərc etdirən qəzet, jurnal və informasiya portalları arasında monitorinq aparıb.
Şurada müzakirələr zamanı bu ölkədə Azərbaycan dilində nəşr olunan və geniş oxucu kütləsinə malik olan “Gürcüstan” qəzeti ilin ən tolerant qəzeti seçilib.
Şura üzvlərinin böyük əksəriyyəti məhz “Gürcüstan” qəzetinin ilin ən tolerant qəzeti adına layiq görülməsini dəstəkləyib.

Gürcüstanın ombudsmanı Uça Manuaşvili jurnalistlərə müsahibəsində deyib:

“Ombudsman aparatı Milli Azlıqlar Şurasının qərarını dəstəkləyib və bundan məmnundur: “Gürcüstan” qəzeti həqiqətən də bu ada layiq idi və bu cür qəzetlərin daha çox olmasını istəyirik. Mən qəzetin kollektivini təbrik edirəm və onlara uğurlar arzulayıram”.

“Gürcüstan” qəzetinin
baş redaktoru
İslam Əliyev
deyib ki,
bu qərar onlar üçün gözlənilməz olub.

“Biz daim öz işimizi görürük. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqilliyimizin ilk illərində Gürcüstana səfəri zamanı bizə öz tövsiyələrini verib.
Ulu Öndər bu qəzetin Azərbaycan və gürcü xalqları arasında dostluğun, qardaşlığın inkişafına xidmət etməsi, haqqı, ədaləti yazması ilə bağlı tövsiyələrini verib.
Biz də Ümummilli Liderimizin tövsiyələrinə əməl edərək dözümlülük nümayiş etdirmişik, yazılarımızda qərəzsizlik, dəqiqlik və ədalətlilik prinsiplərini rəhbər tutmuşuq.
Düşünürəm ki, bu qiymət həm də Azərbaycan xalqına verilən yüksək qiymətdir”.


Mərasimdə digər təşkilatlara da müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: