Keşmə-keşli həyat yolu... MEDİA » "SALDO" 29 Mayıs MÜSAHİBƏ1) İcazənizlə, sizinlə yaxından tanış olaq. Özünüz haqqında bizə biraz məlumat verə bilərsiz?-1955-ci ildə anadan olmuşam. 1972-ci ildə Xırdalan 1 nömrəli məktəbi bitirmişəm. Universitetin Riyaziyyat mexanika fakultəsinin axşam şöbəsini bitirmişəm. 1980-1982-ci illərdə 2 il Respublika Statistika mərkəzində işləmişəm. 1982-ci ildən 2005-ci ilə qədər Ədliyyə Nazirliyində Prixsitar xidmətində müxtəlif vəzifələrdə işləmişəm. Palkovnik-leytinant rütbəsi ilə təqaüdə çıxmışam. Hal-hazırda müəllim işləyirəm.2) Sizin üçün müəllimlik necə sahədir?-Mən elə hesab edirəm ki, müəllimlik hər yerdə şərəfli peşədir. Nəyə görə şərəflidir Həm evdə ailədə həm də cəmiyyətdə. Ailə cəmiyyətin özəyidir. Mənim fikrimcə ailəsini idarə edə bilməyən adam başqalarına gəlib öyüd nəsiyyət vermə haqqı yoxdur. Hərdən özöün özünə gərək qiymət verəsən. Kiməm nəyəm neynəmişəm neyləmək istəyirəm. Bizim bir rəyisimiz var idi o həmişə bizə deyərdiki:Özünü çıxart özünən içindəki məni çıxart içinən özünə bax kənardan bax gör özün özünə nə qiymət verirsən. Adam gərək 1-ci özü özünə qymət versin. Ondan sonra başqaları haqqında fikir söyləsin. İnsan gərək öznün müsbət tərəfinidə mənfi tərəfinidə görsün.İnsan varki yalnız müsbət görür. Söhbət etdikdə özünü həmişə müsbət auralı aparır. Amma elə deil.Həyat yaxşısınan, pisinən gözəldir.3) Nizami müəllim xaraktercə necə bir insandır?- Səmimi insanam. Nəisə istəyirəmki yalan danışım onu bacarmıram. Mən dəqiqliyi sevirəm. Acıda olsa həqiqəti xoşlayıram və dürüstlüyü sevirəm. Mən ömrüm boyu heç kimə yalan satmıram. Bir işi bacarmıramsa vaxtında həmin adama söyləyirəmki bu işi bacarmıram söz vermirəm. Yoxsa söz verib etməməyi sevmirəm mənə qarşı elə olan insalarıda sevmirəm. Vaxtı qiymətləndirmək lazımdır. Hər gün başıva hər bir hadisə gələ bilər. Sən nəyisə planlaşdırırsan ama kimsə sənin işini pozur. Ona görə hər şeyin dəqiq olmasını xoşlayıram. Məni harasa dəvət etdikdə 5 dəqiqə həmişə vaxtından tez gedirəm və istəyirəmki mənidə elə qəbul etsinlər. Dəqiqliyi sevirəm.4) Müəllim indiyə qədər müxtəlif sahələrdə çalışmısınız həmin sahələrdə yaxşı və yaxud pis günləriniz olubmu?- Yaxşı günlər çox olub, həddən artıq. Pis günlərdə valideyinlərimin rəhmətə getdiyi gün olub. İnsana xoşbət olmaq üçün nə lazımdı müxtəlif şeylər. Adi getdiyin yıxıldın nəisə tapdın oda xoşbəxtlik gətirə bilər. Xoşbətlik bir andır.Ömür boyu insan xoşbəxt olmur. Bəzi anlar nəvən olurən gözəl gündür, övladın gözəl naliyyət əldə edir ən gözəl gündür. Məsələn dəli heç özünə dəli deyər deməzki bəlkədə xoşbəxt adam odu cəmiyyət o cür olmalıymış. Biz seçim qoyuruq bu yaxşıdır bu pisdir. Ancaq həqiqət o deil həqiqəti yaradan bilir. O bilirki nədir həqiqət qalan şeyləri biz özümüz müəyyən edirik. Məsələn səmavi kitablar var hamısı müqəddəsdir. Hamısında deyirki yaradan birdir. Ancaq niyə hərəsi bir-biri ilə düşməndir. Xiristian yahudilə, xiristian müsəlmanla və.s. Hamısı insanların öz mənafelərinə görə baş verir.5) Nizami müəllimə görə iddeal insan necə olmalıdır-Baxır kimin nöqeyi nəzərindən idealdır. Sənin nöqteyi nəzərindən sən nələri ideal hesab edirsən. Mənim üçün ideal olan sənin üçün ideal ola bilməz.Baxır o insanın düşüncəsinə, dünya görüşünə. Mənim üçün ideal insan ailəsinə münasibəti olan sağlam ailəsini saxlaya bilən, övladlarının təhsilinən maraqlanan , cəmiyyətdə insanlarla hörmətlə davranan çox şey söyləmək olar. Hər şeyin idealı var.6) İndiyə qədər işlədiyiniz sahələri valideyinlərivizin istəyi ilə yoxsa öz istəyiviz ilə seçmisiz?-Mən universitetin Riyaziyyat mexanika fakultəsini bitirmişəm.Bu universitetində hüquq fakultəsini bitirmişəm.Mənim ən çox meylim ədəbiyyat və tarixə olub. Orta məktəbdən 2 qiymətim 4 olub cəbr və azərbaycan dilindən qalan hamısı 5 olub . Rayondan qonaqlarımız gəlmişdi o univesitetdə oxuyurdu . Hamı onu tərifləyirdi. Mənimdə beynimə düşdü universitetə sənəd verdim və qəbul oldum.7) Tələbələrinizə nəyi öyrətməyi üstün tutursunuz hər zaman?-Kişi olmaqı. Nə olursa olsun vicdanlı olmaq. Valideyinlərinizin çəktiyi əziyyətə qiymət verin, vaxt öldürməyin 4 il boyu valideyinlərin çəkdiyi əziyətin qarşılığını çalışmaqla vermək lazımdır.8) Müəllim müasir gəncliyimizdən razısınızmı?-Maşallah bəli çox razıyam. Çox istedadlı gənclərimiz var. Hər cür gənc var. Bəlkədə mən gənc vaxtı sizdən də betər olmuşam. Ancaq məqsəd olub 17 yaşında qəbul olmuşam sonra getmişəm əsgərliyə. Gəzməyimiz gəzmək, zarafatımız olub ancaq özümə xəcalət bilirdimki müəllim qaldıranda deyimki mən dərsə hazır deiləm. Çox tələbə elədir valideyinlərinin əziyyəti 4 il boyu itir. Əgər bir sənətin olmağını istəyirsənsə 4 il boyu çalışmalısan.9) Həyatda uğur qazanmaq üçün tək oxumaq şərt deil elə deilmi?-Xeyir şans çox önəmlidir. İnsanı yetiştirən mühitdir. Hz. İsa söyləmişdirki:Buğanı torpağa atarsan,yaxşı məhsul verər,şoran torpağa atarsan yaxşı məhsul verməz. İnsanda onun kimidir birinci mühit formalaşdırır, ailə formalaşdırır, birdə özünü tərbiyə etmək. Bu cür formalaşır insan. Ən çox təsir edən mühitdir.10) Eşitmişik ki, medal almısınız; həmin medal nəyə görə verilmişdir?- Öncədən təbrik edirik.Milli ordunu 100illiyi münasibəti ilə verilmişdir.11) Nizami müəllim bilirik ki gələn ay ad gününüzdür öncədən sizi təbrik edirik.-Çox sağolun.12) Qəzetimiz haqqında nə düşünursünüz?- Uğurlu olsun, gəlirli olsun. İctimai hörməti və rəy qazansın. İqtisadiyyatımızın nəaliyyətlərini işıqlandırsın və onunla da oxucaları arasında hörmət qazansın. Yəni ki, tələb olunan qəzet olsun.13) Müsahibəmizdən razı qaldınızmı?- Bəli.Günay Kərimova "SALDO"ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.