Zərəngiz Dəmirçi (1962): BORÇALI "SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Borçalı 9 Eylül Zərəngiz Dəmirçi Qayalı (Zərəngiz Dəmirçi qızı Mansurova) 1962-ci il yanvarın 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub.1992-ci ildə M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsini bitirib. İlk şeiri 1979-cu ildə Qazax rayonunun mətbu orqanı olan "Qalibiyyat bayrağı" qəzetində dərc olunub. "Gənclik", "Ulduz", "Məhsəti", "Qoşa qanad", "Sevgi", "Ozan Dünyası" jurnallarında, "Ədəbiyyat və İncəsənət", "Bakı", "Kaspi", "Kredo", "525-ci qəzet", "Azərbaycanın səsi", "Açıq söz", "Sirrlər xəzinəsi", "Səs", "Palitra", "Paritet", "Şərqin səsi" qəzetlərində, "Zirvə" poeziya antologiyasında, bir çox şeir almanaxlarında şeirləri dərc olunub, radio, televiziya verilişlərində əsərləri səsləndirilib.İlk kitabı - "Haqqı sevdim" 2001-ci ildə "Nurlan" nəşriyyatında dərc olunub. Bir-birinin ardınca "Nurlan" nəşriyyatında 2006-cı ildə "Vəfam mənim", "Güllələnmişlər", "Uni-Print" nəşriyyatında 2008-ci ildə "Qayalı" kitabları çapdan çıxıb.ZiM.AzMÜSABİQƏ ÜÇÜNBORÇALI(2011-ci il iyul ayının 26-da "Qafqaz" Media İctimai Birliyi bir qrup qadın jurnalistlə məni də qədim Borçalı mahalının uca dağlar qoynunda yerləşən və əsrarəngiz gözəllikləri ilə məşhur olan Başkeçid (indiki Dmanisi) rayonundakı dəniz səviyyəsindən 1785 metr yüksəklikdə yerləşən Armudlu yaylağında keçirilən “Elat bayramı”a qonaq apardı. Gördüklərim məni vəcdə gətirdi).Getdikcə uzandı, uzanan yollar,Ey qədim torpağım, ey gözəl diyar?Sanki bir anasan açdığın qollar,Sarıldı boynuma anam, Borçalım!Çəkilsin başından duman, Borçalım!* * *Ocağın da doğma, odun da doğma,Yaxının da doğma, yadın da doğma,Arın şirə çəkər, dadın da doğma,Gəl, ol dərdlərimə dərman, Borçalım!Çəkilsin başından duman, Borçalım!* * *Ətirli otların bir təbib, loğman,Bağçanda güllərin dərdlərə dərman,Doğmaya, yaxına söylədin ”Can, can!”Övladın olmasın peşman Borçalı!Çəkilsin başından duman Borçalım!* * *Gün döyən çiçəkdən bal yığar arın,Min nəğmə söyləyər qırçın suların,Tükənməz sərvətin, tükənməz varın,Qucağın var-yatır, ümman, Borçalım!Çəkilsin başından duman, Borçalım! * * * Sənə alqış deyir ulduzlar, aylar,Şeirdi çeşmələr, nəğmədi çaylar,Nağıldır bağlarda alma, heyva, nar,Bar verən bağlara bağban, Borçalım!Çəkilsin başından duman, Borçalım!* * *Səmanda taya tək pənbə buludlar,Göy üzü tərtəmiz, gülər ruzigar,Abi-həyat imiş çeşməndə sular?Güldən rəng toxuyur orman Borçalı,Çəkilsin başından duman Borçalı!* * *Tərlanlar qıy vursun asimanında,Bülbüllər oxusun gülüstanında,Köhlənlər kişnəsin, gen meydanında,Sevinsin təbili çalan, Borçalım!Çəkilsin başından duman, Borçalım! * * *Dinsin qara zurna, qaynasın ürək,Duil açsın qəlblərdə min arzu, dilək,Gül-gülə yaraşsın, çiçəyə-çiçək,Açılsın ayna tək səman, Borçalım!Çəkilsin başından duman, Borçalım!* * *Çalınsın təbilin oynasın qanım,Durnanın telindən gəlsin nişanım,BaşınadöndüyümAzərbaycanım!O da, sənin doğman, anan, Borçalım!Çəkilsin başından duman Borçalım!* * *Gəlin tək “atlaz” don gördüm əynində,Gül üzlü körpələr bəslə qoynunda,Namərd qurğusundan, düşmən oynundan,Gəl olma ürəyi sınan, Borçalım!Çəkilsin başından duman, Borçalım!* * *İgidlər at çapsın, nəmərin alsın!Gözəllər çəmənə xalılar salsın,Zərəngiz yazdı ki, yadigar qalsın,Sığmayır qoynuna cahan, Borçalım!Çəkilsin başından duman, Borçalım! 27.07.2011Var ol, a Daş SalahlıCənnətdənmi enmisən?Qüdrətinlə dinmisən?Aveyə söykənmisən,Var ol, a Daş Salahlı!Sevmişəm oylağını,Səfalı yaylağını,Damcılı bulağını,Var ol, a Daş Salahlı!Hər qeylü-qalın gözəl!Hüsnü-camalın gözəl!O beçə balın gözəl,Var ol, a Daş Salahlı!Açıb qızıl güllərin,Nəğməli bülbüllərin,Heyran qoyub elləri,Var ol, a Daş Salahlı!Göl yeri oylağın var,Bir Qara bulağın var,Hər fəsil qonağın var!Var ol, a Daş Salahlı!Ana qucağın gözəl,Səsin-sorağın gözəl,Yansın çırağın, gözəl!Var ol, a Daş Salahlı!Adın tutub cahanı,Şeirin, sözün sultanı!Sən ərənlər məkanı,Var ol, a Daş Salahlı!İgidin adlı-sanlı,Ürəyi həyəcanlı,Vəfa, Mayis ünvanlı!Var ol, a Daş Salahlı!Ərənlər məkanısan,Söz-sənət ünvanısan,Zərəngizin canısan!Var ol, a Daş Salahlı!Var ol, a Daş Salahlı!15.05.2019 Şəhid Məhəmmədə (Şəhid anası Yaqut xanıma təsəlli)Ömrümü verdim mən qurban, sadağa!Ana, yollarımı gözləmə daha!Canım sipər oldu Ana torpağa!Ana, yollarımı gözləmə daha!Sən ey həzin külək, bir salam apar,Həsrət qalan yarım saçın yolmasın!Bizim məhəllədə sevgilim yaşar!De ki, qara gözü yaşla dolmasın!Həsrət qalan yarım saçın yolmasın!Yurdum yad əllərdə, ruhum nigaran,Bir gün də, Şuşamı alarıq geri!Ana, sən fəxr elə, bu şəhid balan!Vətən keşikçisi, Vətən sipəri!Bir gün də Şuşamı alarıq geri!Sən məni Vətənçün böyütdün, ana!Mən şəhid oldum ki, gülsün Vətənim!Yenidən qayıdıb, gəlsəm cahana,Yenə şəhidlikdi qismətim mənim! Mən şəhid oldum ki, gülsün Vətənim!Ağlama arxamca, dözmərəm ana!Qələbə günündə dönüb, gələcəm!Ey, sevgili Vətən, borcluyam sana,Göydən mələk kimi enib gələcəm!Qələbə günündə dönüb gələcəm!Necə bir fırtına gəldi cahana?Sanki göy titrədi, yerlər də dindi!Oğul Məhəmmədi böyütdün ana!Şəhid Məhəmmədi qarşıla indi!Sanki göy titrədi, yerlər də dindi!10.10.2020 Çağla, Cəlaloğlu (Gənc aşıq Samir Cəlaloğluna)Top atılar, Bilgə Xaqan ayılar!Qələm çallam, eşqim ərşə yayılar,Bu sevdamdan qəlbim yanar, oyular,Sığal çəkin telimə, gülab tökün əlimə...Ağla Cəlaloğlu, dərdimə mənim!Düşmən yeriməsin yurduma mənim!Gedənlər getdilər, qalanlar qalar!Gülsün Vətənimdə əbədi bahar!Səslənsin qoynunda saz, kaman və tar,Şeir gəlsin könlümə, nəğmə düşsün dilimə....Çağla Cəlaloğlu, dərdimə mənim!Düşmən yeriməsin yurduma mənim!Əsrin o üzündən gələr sədamız!Düşmənin bağrını dələr sədamız!Ərdəbildə Şah İsmayıl babamız,Tərif yazar baharıma, gülümə....Çağla, Cəlaloğlu, dərdimə mənim!Düşmən yeriməsin yurduma mənim!Təbəri, Köçərli soraqlar bizi,Əzbərdən oxuyar uşaqlar bizi,Zərəngiz, gələcək varaqlar bizi,Bu sözləri miras qoydum elimə...Çağla, Cəlaloğlu, dərdimə mənim!Düşmən yeriməsin yurduma mənim! 04.09.2020 Banu (Nəvəmə)Üzünü görəndə ruhum sevinir!Tanrımın verdiyi çiçəksən, Banu!Qəlbim rahatlanır, ürəyim gülür,Ümidsən, işıqsan, diləksən, Banu!İncə, lətafətli, bahar nəfəsli!Mənim körpə quzum, çiçək həvəsli,Səninlə fəxr etsin Odlar ölkəsi!Köksümdə döyünən ürəksən, Banu!Hayana baxıram, səni görürəm!Güldən gül üzünə çələng hörürəm,Göydən sənin üçün ulduz dərirəm,Qucağıma qonan mələksən, Banu!Şipşirin gülüşün, şipşirin dilin,Bəxtimin pasını siləcək əlin!Səninlə öyünsün, öz obam, elim,Doğmadan doğmasan, gərəksən, Banu!Qəlbinə sığışsın, yer, göy, asiman!Yolundan çəkilsin qar, çiskin, duman!Güləcək hər zaman üzünə Turan!Saf susan, həyatsan, istəksən, Banu! 03.08.2020 Türkəm mənÇoşan, dəli seləm mən!Açan təzə güləm mən!Nəğməli könüləm mən!Ürək fərəhlə coşar,Yeni nəğmələr qoşar!Qafqazları qucaq biz!Baykalları aşaq biz,Xəzər ilə coşaq biz!Türk oğluyam, türkəm mən!Dünyalara görkəm mən!Əsr əsrə calandı,Qoyma, elim talandı! Zərəngiz dalğalandı, Dözüm, çözüm, görkəm mən!Türk oğluyam, türkəm mən! 05.09.2020Çağır məni“Şəhidlər ölməz, Vətən basılmaz!” - (el deyimi;Milli Ordunun könüllü döyüşçüsü, qazi, şəhid bacım Vəfa Dəmirçioğluna həsr olunur)Ana Vətən!Çağır məni!Darda qalsan,Gələrəm mən!Hər ağrını, hər acını,Silərəm mən,Silərəm mən!Şəhidimi,Qucan torpaq!Oxunmusan varaq-varaq!Öp gözümdən,Gəl ayrılaq!Sənin üçün,Ölərəm mən!Ölərəm mən!Yurdun bağrı ayaqlanır!Burda mərdlər soraqlanır,Gavur düşmən,Nə haqq qanır!Nə utanır!Cəsədimlə,sipərəm mən!sipərəm mən!Araz axır,Kür də baxır!Qanım Qarqarolub, axır!Namərd düşmən,Yurdu yıxır!Başımda tufan oynayır,Gözümdə ildırım çaxır!Nur tökülsün,şəfəq-şəfəq,Ovuc-ovucİçərəm mən!içərəm mən!Günəş çıxmırMurovlara!!!Tərsa hara?Murov hara!Vətən olanBu daşlara,Al qanımı,Çilərəm mən!Çilərəm mən! Haqqım gələ,Bu dağlara!Məzar ola,Qorxaqlara!Uçan ağbanSaraylara!Dönərəm mən,Dönərəm mən!Gavur düşmən!Onu bil ki!Adı oğuzOlan yurdda!SorağımızGöy türklərdə!Bayrağımız,Şaman, Alpər!Yol göstərənUlu Qurtla!Pis canını,Pis qanınaBələrəm mən!Bələrəm mən!Vəfa Dəmirçioğluyam!Adı Avey soraqlıyam!Düşmən haqsız!Mən haqlıyam!Bir gün olar,Gülərəm mən!Gülərəm mən!Ana Vətən!Çağır məni!Gələrəm mən!Gələrəm mən!Hər ağrını,Hər acını,Bilərəm mən!Bilərəm mən!03.03.2020Yaşa, Vəfa Dəmirçioğlu!Adın dillərdə əzbərdi,Yaşa, Vəfa Dəmirçioğlu!Şöhrətin ellər gəzərdi,Yaşa, Vəfa Dəmirçioğlu!Avey kimi varın vardı,Bir güllü diyarın vardı,Külli-ixtiyarın vardı,Yaşa, Vəfa Dəmirçioğlu!Gödək ömrün varaq, varaq!Can kitabın soraq-soraq!Köksündə üçrəngli bayraq,Yaşa, Vəfa Dəmirçioğlu!Aşdın keçilməz sədləri,Yoxmuş mərdliyin qədəri,Qız varmış Vətən çəpəri?!Yaşa, Vəfa Dəmirçioğlu!İllər ilə yandım-yandım,Həsrətinlə alovlandım,Zəfər çaldıq, qürurlandım,Yaşa, Vəfa Dəmirçioğlu!Şəhidim, baş qəhrəmanım,Sənə qurban olsun canım,Şərəfim, şöhrətim, şanım,Yaşa, Vəfa Dəmirçioğlu!Zərəngizin can yerisən,Xalqımın güman yerisən!Bu gün bizimlə dirisən,Yaşa, Vəfa Dəmirçioğlu!17.04.2021Vəfaya(10 Noyabr, 2020-ci ildə qələbə çaldıq)Sən çox arzulardın, varmı xəbərin?Qələbəni çaldı, sənin dostların!Özünü Vətənə qurban deyənlər,Sizin arzunuzla güldü baharım,Qələbəni çaldı, sənin dostların!Vəfam, rahat uyu, torpağın yumşaq,Qələbə marşını oxudu əsgər!Şəhidim, cənnətdə xoşbəxt ol indi,Zəfər bayrağını qaldırdı rəhbər!Qələbə marşını oxudu əsgər!Qəhrəman oğullar, igid oğullar,Kürüyüb, süpürüb, atdı kafiri!Bil, bu qələbədə sənin payın var,Ruhunla döyüşdün, ruhun da diri!Kükrəyib, süpürüb, atdı kafiri!Vətən göylərində başa-baş süzsün,Ruhun qanadlansın, ağ mələk kimi!Körpələr məzarın üstə gül düzsün,Könlündə bəslənən xoş dilək kimi!Ruhun qanadlansın, ağ mələk kimi! 11.11.2020 Uca şəhidŞəhid kimə deyirlər? Vətən üçün ölənə!Elin dərdi-sərini,Canı-dildən çəkənə!Vətənə göz tikənin,Gözlərini tökənə!Yurdun ağır günündə,Sinəsini gərənə!Xalqın nicatı üçün,Özünə kəfən biçənə!Uca şəhid yaşayır,Ölə biulməz heç zaman!Xalqınlın yaddaşında,Qalacaq o qəhrəman!Bir olsun, iki olsun,Gözü götürməyənlər,Bayrağım ucalanda,Şəhidin ruhu gülər!Qədirbilən ellərinYaddaşında qalacaq!Sözsüz ki, bir gün onun,Heykəli ucalacaq!Heykəli ucalacaq! 24.04.20921Yurda Vəfalıİgid əsgərim!Yurda vəfalım!Fəxrim, vüqarım!Vətən butalım!Xalqım unutmur,Bu xidmətini,Qəlblərdə qazdın,Sən surətini!Yaşadın məğrur,Qanında qeyrət!İgid Vəfamı!Çox sevir millət!Dəmirçioğlu!Adı yaşayır,İgidlik eşqi,Sənlə başlayır!Sən Vətəninə,Fəxr, vüqarsan!Qışda, baharda,Həmişə varsan! Körpə fidanlar,Unutmur səni!Sən də ruhunla,Qoru Vətəni!02.07.2018Salam, XXI əsr (Anarın “XXI əsr” şeirinə nəzirə) Salam, XXI əsr!Nə yaxşı gördüm səni-İnanarlar, inanmazlar...Mən bu hissi yaşamışam!Bircə anın içindəBir əsrlik dərd-sərimi,Hisslərimi, qəm yükümü,Bir əsrdən bir əsrə daşımışam! Mən bu hissi yaşamışam!Bir göz qırpımı anında!Unuda bilmədiklərimi,Ümidimi, ilhamımı, səhərimi...Bir əsrdən bir əsrə aşımışam,Mən bu hissi yaşamışam! Salam, XXI əsrŞükür ki, gördüm bu günü!Ağrılı, acılı da olsa,Geriyə qalan, sevimli, sevincliGünlərimlə qoşaymışam?Mən bu hissi yaşamışam!Görməliymişəm XXI əsrimi... Bir əsrdir ki,Nigarandı, narahatdı, darıxır,İnsanlar bu əsri görməyə!Mən gördüm...Dəyər bu müjdəyə!Daha tələsmirəm-Görəsən, XXII əsrəNə qaldı deyə???Salam XXI əsr!Salam XXI əsr...Bu mənə,Tanrıdan hədiyyə!13.04.2008-ci il. Şəki Şəki yaşıl donlu gəlinə bənzər!Buludsuz səması süd rəng örpəyi!Dörd yanda səf çəkib boylu çinarlar,Arxası zirvədi, sərhəd dirəyi! Güllü atlaz geyib əyninə sanki,Başında qar kimi çalması bəyaz,Köksünü bəzəyib lalələr, güllər,Ömür bağçasının çiçəyi solmaz! Qədim tikililər, sirli məkanlar,Ruhunda əskilik, qədimilik var,Bir yanında qısdı, susub təbiət,Bir yanı qaynayır, dil açıb bahar! Mənə sözünmü var, söhbətinmi var?Sirli, cazibəli, ey qədim diyar!Fətəli qaşını qaldırdı, bilsən?Saz ilə, söz ilə dindi Bəxtiyar! Sanki ilğım gəldi, göydən üstümə?Həqiqi cənnətə düşmüşəm, nədir?Şəki bənzəyirdi gözəl gəlinə,Tarix təkrar olur, bu möcüzədir!2015. Tapşırma (Bizə “əlvida” deyə bilməyən həyat yoldaşım) Ömür-gün vərəqlənən sarı xəzəl yarpağı,Əvvəl-axır, bir gün var, qucub ana torpağı,Gedəcəyik dünyadan, hər şey qəlibə dolur,Biz köçürük dünyada, yaxşı-yaman ad qalır! Əzizlərim, ömrümü-günümü ağlamayın!Qan-yaş töküb beləcə, qəlbimi dağlamayın!Mən getdiyim yolları göz yaşımla yumuşam,Halallığı, saflığı sizə miras qoymuşam! Alın tərimlə aldım qazancımı dünyadan!Heç bir iş görmədi də, söyləməsin bir nadan!Neçə savab qazanıb, sizlər üçün qoymuşam,Əbədi haqq məkanda rahatca uyumuşam! “Baytaloğlu” deyilən nəslin fəxri adıyam!Köməksizlər piriyəm, yoxsullar imdadıyam!Balamı ruhum mənim hifz eyləsin xətadan!Bildiyimi öyrətdim, ustadlar ustadıyam! Ailəmi gözüm tək qorumuşam hər zaman!Əjdahanın üstünə yerimişəm, hər zaman!Adım-sanım, hörmətim, bir qatar dəvə çəkməz!Bu dünyada yurdum var, o dünyada son yuvam! Yurduma yurdçu balam, ruhum sənə duaçı!Tanrı yolundan sapma, bu uğurun əlacı!Anan kimi sev hər an, doğmandı doğma bacı,Anan olsun hələlik, qoy, başınızın tacı! 19.05.2020-ci il. Zəfər torpağı Əsgərim səsimi, sədamı aldı?Qələbə bayrağım göyə ucaldı!Min illik qürurum, özümə gəldi!Yenə qalib oldu ərlər torpağı!Qələbə torpağı, zəfər torpağı! Babəkimin ruhu sevindi, şükür!Poladım yenə al geyindi, şükür!Keçmişim özüməmi döndü, şükür!Yenə qalib oldu ərlər torpağı!Qələbə torpağı, zəfər torpağı! Sabaha gedirik, min bir diləklə!Xalqımın arzusu gül açır belə!Göyçə də mənimdi, Dərbənd də söylə!Yenə qalib olsun, ərlər torpağı!Qələbə torpağı, zəfər torpağı! 08.11.2020-ci il. Şəhidlərin “Qız qardaşı”(Qəhrəman bacım-Milli Ordunun könüllüdöyüşçüsü, şəhid Vəfa Dəmirçioğlunun adınainşa olunmuş bulaq-kompleksi üzərinə bu adı yazdıranGülaya Həsənovaya minnətdarlığımı bildirirəm) Şəhidlərin “Qız qardaşı”-Adın mübarək, İgidim!Aslanların, ərənlərin,İçində çiçək, İgidim!Sən qorudun canın ilə,İndi gülüstan Vətənin!Yaraşdırdı hünərinə,Uca şöhrət, şan Vətənin! Sən igidsən bu adını,Halallıqla qazanmısan!Öz eşqini torpağına,Qanın ilə yazanmışsan?Ulu məqam, uca türbəYaraşır, mərdim, adına!Qədir bilənlər var olsun!Mənə əziz, sənə doğma! Mərdliyinlə VətəniməUca məqam gətirmisən!Yurd eşqini, ey qəhrəman,Şəhadətə yetirmisən! İti ağılın, sevən qəlblə,Düşmənlərdən qisas aldın!Yurd qorudun, Vətən sevdin,Beləcə tarixdə qaldın! Ruhun bizə kömək olsun,Uca göylərdən, igidim!Qələbəyə qoşaq daha,Günü səhərdən, igidim! Mərd adınla mərd yaşadın!Yaşa, Vəfa Dəmirçioğlu!Adımla həyatda varsan,Qoşa, Vəfa Dəmirçioğlu!15.03.2018-ci il. Zərəngiz Dəmirçi Qayalı (Mansurova)“İlin qadın şairi”, Prezident mükafatçısızarangizqayali@mail.ruZiM.Az. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.