Surxay Hatəm MÖVLAVERDİ (1966) "SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə 29 Eylül Surxay Hatəm Mövlamverdi - 1966-ci ildə Şamaxı şəhərində anadan olub.1985-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu, daha sonra isə 1990-ci ildə Bilik Cəmiyyətinin Express Universitetini bitirib.“Həsrətinlə oyanan nəğmələr” kitabının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Ailəlidir, 2övladı var. Şirvanlı qoca şair (qələm dostum Şair Pərviz Rəvaya)Şirmayi əsasına söykənib, durdu, baxdıBuxara papağını hamarladı başındaÇıxardıb eynəyini sildi, gözüne taxdıCəngavertək dayandı şairler savaşında.***Heyatin her uzunde kecib sinaqlarindanBir omru girov qoyub boyuk soz senetindeAlib ulvi bir vuqar vetenin daglarindanEtir sacib aleme seir seltenetinde.*** Perviz Reva,ureyi pambiqdan yumsaq insanHer kelmesi,her sozu insana ruh getirerQelbinde mesken salib ilahi bir gozellikDuygulari bahartek xos cicekler bitirer.***Indi cox qocalarin yadinda qalmir nagilEylesib cayxanada baxir"Toy olsun"lara.Yaddasini gundelik evez edir telefonOyresib gezsin arsiz haqqsiz qoy olsunlara***Sizki,omur yolunda vaxti vermediz badaTikdiz saysiz korpuler heyatin caylarindaQelem sahibi olmaq asan deyil dunyadaSukur varmis qismetin ALLAHIN paylarinda.***Qarsimda goz yaslarin suzuldu gile-gileRehmete gedenimcin mene verdin teselliMen dogmalar gormusem aglamir dogmasiycinBu yuxa ureyine daha da oldum belli**Kovrek qelbinle menim gozlerimde ucaldinBildim teze olacaq cennetdeki libasinKim kime xos soz deyir,yuksekde tutur adinDemek o,anlamisdir bu heyatin menasin.**Indi tapmaq cetindir senintek mudrik qocaHer emeli,her sozu,temiz olsun deyerliYasasin ureyinde gozel xeyallar ucaNesihetli sozleri zulmet qovan seherli...**Felek cox insanlari getirse de apararBeser tapar ruzisin sevdiyi torpagindanAsiq sevdiyi qizcin bir qonce gul qopararBir gorus vedesine bu heyatin bagindan.**Sirvanli qoca sair, Surxay Senin onunde,Ucaliqla tarazda cinar yaninda koldurAgilli yaslilarin sozune ehtiyacimOnlara cox hörmetim, xos sevgilerim Boldur.... Miqrant gəmiləri batır Egeydə Bir miqrant gəmisi batdı Egeydə,Sandım o gəminin içindəyəm mən.Bir ömür hər yerdə ağı gileydə,Dünyanın qovhaqov köçündəyəm mən.Hər yerdə qırırlar müsəlmanları,Harda müsəlman var müharibədir.Tale bizə yazıb belə anları,Bilmirəm ömürdə axı bu nədir...?Atıb vətənini qaçır adamlar,Bir tikə çörəyin pis ucbatından,Dolanmaq,güzəran çəkilib ərşə,İnsan zərbə alır yeddi qatından.Düşmənlər göz dikib bol sərvətlərə,Daşıyıb aparır obasın,elin.Doğma yuvasından bezikib hərə,İnsan qurbanıdır fitnənin,felin.Rəngli inqilablar “Ərəb bahar”,Durdu Yaxın Şərqin tamam qəsdinə.İrakla Suriya tarimar oldu.Dava neft üstündə,başqa qəsdi nə?!Düşmən “Perşinq”lərin qanadlarında,Bombalar gətirdi fəlakət dolu.Talayıb aparır sərvətlərini,Budur qazandığı qənimət yolu.Üz tutur yadların dar qucağına,Bir vaxt öz elində azadə gəzən.İndi yad sularda boğulmaqdadır,Müsəlman qardaşım bağrımı əzən.Kim qaçar evindən, günü xoşdusa,Yanında dilbilməz körpə balası..?Əgər vətənində cibi boşdusa,Ruzusuz bir insan necə qalası..?Qurd qurdun balasın heç vaxt dişləməz,İnsandı insana kəsilən qənim.Gözləri doymayır yad ölkələrin,Deyir müsəlmanın hər şeyi mənim.Şərqin siyasətli baş liderlərin,Düşmənlər aradan apardılar tez.Bir evin böyüyü vəfat edərsə,Soyuyar ocaqda tez kül olar köz.Qəddafi qırx ilə qurduğu dövlət,Düşmənin əli ilə uçdu,dağıldı.Səddamın hünəri böyük şücaət,Hələ oxunmamış sirli nağıldı.Ölüncə çalmasın açmadı başdan,Sevdi ərəbləri Yasir Ərəfat.Nə qədər Fələstin işğaldadırsa,Dedi:-“Yaylığımı açmaram heç vaxt!..”Bir vaxt Napaleonun qoşunlarını,Ərəblər əzmişdi döndərib muma.Mərdi qova-qova namərd eyləyən,Xainlər hazırdı xain hücuma.Miqrant gəmiləri Egeydə batır,İçində olanlar hamısı candılar..Qəlbimdə iztirab,bir təşviş yatır,Nə üçün qaçqınlar müsəlmandılar?...Biz hara gedirik Yer kürəsində,Hardan tapacağıq xoş səadəti?Ey Tanrı hifz elə müsəlmanları,Görməyək Egeydə batmaq adəti... Salam Mirzə Ələkbər Şairin anadan olmasının 155 illik yubileyinəSənin kimi sözü demək nəsib olmaz heç kəsə,Milyon şair dayansa burda nəfəs-nəfəsəZaman salıb ruhumu sanki zülmət qəfəsə,Bilmirəm, üzümüzə nə vaxt doğacaq səhər Salam Mirzə Ələkbər.***Dediyin haqq sözlərin çox səslənir zamanla,Sobamız qazla yanıb,sənin soban samanla.Durduğun uca yerdən gəlib bizləri danla,Silkələyib dünyanı yazdığın min-min əsər Salam Mirzə Ələkbər.***Düzəltdiyin sabunlar yararlıydı hər işə,İndi “sabunsuz” gedir kələkbazlar yürüşə,Saxta südlər yaranıb,çoban getmir örüşə,Çətin işlər düzəlmir bir sağ ola,öpüşə,Xəcalətdən üzümü hər gün basır soyuq tər, Salam Mirzə Ələkbər.***Gördüyüm Şirvan eli bu gün toy-büsatdadır,Satılmış o “Rey”lərin dərdi məni çatladır.Nəsiminin Hələbi indi batabatdadır,Müsəlman dünyasında üstələyib haqqı şər, Salam Mirzə Ələkbər.****Avtomobil minmişik növləri var min cürə,Evdə it saxlayır bağlamırıq zəncirə,Döyülən adamları bənzədirik əncirə,Bilmirəm hansı üzlə sabaha gedir bəşər Salam Mirzə Ələkbər.***Dediyin o qorxaqlar,çırmanar,çaya gəlməz,İndi bir çox kişilər çağırsan toya gəlməzDostun Mirzə Cəliltək kişilər saya gəlməz,uzaq zamanı görən insanlar heykəlləşər Salam Mirzə Ələkbər.****Küftə basan mollalar yaşadı qəlbində dərd,yaratdığın əsərlər elədi onları pərt,Faciəli illərin ötüşdü olduqca sərt,Ağıllı kəs həmişə gəzdirər salamat sər Salam Mirzə Ələkbər.***Gəlmişik ziyarətə sənin ev muzeyinəTale adamı salır həyatın quzeyinə,Kim heykələ gül qoyar,heç gələrmi eyinə?!Səni sevir el-oba,bəxtəvərsən,bəxtəvər Salam Mirzə Ələkbər. İLAHİ TƏPƏ DÖYÜŞLƏRİBu döyüşlər bu xalqçın asan gəlmədi başa,Neçə-neçə igidlər üzdü qanlar selində.Gücləndikcə bu xalqın yatmış intiqam eşqi,Böyük matəm yaşandı düşmənlərin elində.Düşmən səngərlərinə düşəndə güclü bomba,Şəhid ruhu sevindi düşmənlərin yasında.İgidlərin əzmiylə yelləndi bayrağımız,İlahi təpəsində-Qarabağ havasında.Məqsədimiz irəli,çatmaqdır Kəlbəcərə,Bütün vətən torpağı yağılardan alınsın.Haylayın igidləri,səfərbər olsun hərə,Qarabağda möhtəşəm zəfər marşı çalınsın.Yağı düşmən bilsin ki, torpaq vermərik ona,İndi biz qüdrətliyik,Ordumuz var səfərbər.Bütün müharibələr sülh ilə çatıb sona,Qan axmasın bir daha,elə bundadır hünər.Nə vaxtdır yol gözləyir gözəl diyarım Şuşa,Hələ bu başlanğıcdır irəlidədir savaş.Səbr etmişik əzabla neçə ötüşən qışa,Vətən oğlu,İrəli,görünən dağları aş!Ürəyim hökm eyləyir vuruş qisasını al.Baş qaldırır sinəmdə güclü bir eşq,intiqam.Qoy düşmənin ovqatın bürüsün pis-pis əhvalAzad olsun bu Vətən,işğalçılardan tamam.Ruhlandırdı xalqımı ordumun şücaəti,Bayraq həsrətindədir hələ Murov, Dəlidağ.Vətən şəhidlərinə hər an deyək, rəhməti,Qardaş gedək irəli, yerimizdə durmayaq. HacıGörkəmli professor Seyfəddin Qəniyevə həsr olunurSöz satmaq çətindi bu qıt bazarda,Yoxdu Bəhlul kimi söz alan, Hacı.Dəllallar tutulub pula azardaAldanar alanda düz alan, Hacı. ***Savadsız başını az əlləşdirib,Dağları,gölləri gözəlləşdirib,Balıqlı dəryanı özəlləşdirib,Tapılmır yovşanlı düz alan, Hacı. ***Hamı asan işin qaçıb dalınca,Koroğlu həsrətdi misri qılınca Sevinir çinlidən ərzaq alınca Gedib Masazırdan duz alan, Hacı.***Halal zəhmətlərin çatıbdı sonu,Gəda var zəhmətsiz tapıb milyonu,Qazanmır vətəndə ildə bir donu,Bir vaxt kirpiyilə köz alan, Hacı. ***Biz görən zamanlar belə ötüşdü,Qışda bostanlarda qarpız yetişdi.Zamanın çarxına tamah ilişdi,İndi min istəyir,yüz alan, Hacı. *** Gələr süfrəsinə balı,qaymağı,Ağlına gətirməz heç vaxt doymağı,Öyrəşib hər yerdə xalqı soymağıGürzə dayılardan güc alan, Hacı. ***Biz sənin güvəndik alim adına,Vətən tarixini saldın yadına,Bu ağır zəhmətin yanıb odunaQəlblərdə zirvətək ucalan Hacı. ***Əsərlər yazmısan aşıq sazından,Elin baharından,yurdun yazından,Nəcib adamların xoş avazından,Qələmlə düşməndən öc alan Hacı. ***Bütün tarixləri yazmaq çətindi,Kim tarix yazırsa,qəlbi mətindi.Hər cümlən Vətənə şücaətindi,Döyüş səngərində qocalan Hacı. ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.