Leyla VƏKİLQIZI: "Can, ay Xocalı..." "SAZLI-SÖZLÜ BORÇALI", Qarabağ, Başkeçid 26 Şubat Yağı düşmən alovladı qalanı,Güllə boran etdi saysız balanı,Ərşə yüksəltdilər ahı, nalanı,Görəndə qoynunu başı bəlalı,Qəlbim qan ağladı, can, ay Xocalı.Axan göz yaşından yarandı bir sel,Bəyaz qar üstündə qan oldu bir göl,Haray, imdadına çatmadı bir el,Sinəndə can verdi necə yaralı,Qəlbim qan ağladı, can, ay Xocalı.Düşdü əsirliyə nər oğlun, qızın,O gündən yanmayir söndü, ulduzunDüşmən tapdağında çörəyin, duzun,Nə vaxtdı qalmısan bizdən aralı,Qəlbim qan ağlayir, can, ay Xocalı......can, ay Xocalı...ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.