Yasəmən Pünhan FƏRHADLI (1951) "SAZLI-SÖZLÜ BORÇALI", Başkeçid 21 Nisan Yasəmən Məhəmməd qızı Fərhadlı - 1951-ci il aprelin 20-də qədim Borçalı mahalının dilbər guşələrindən olan Başkeçid elində - indiki Gürcüstanın Dmanisi rayonundakı Şindilər kəndində dünyaya göz açıb. O, körpəlikdən doğma vətəninin, qoynunda böyüyüb boya-başa çatdığı başı qarlı dağların vurğunu olub.1967-ci ildə Şindilər kənd səkkizillik məktəbini bitirib. Elə o vaxtlardan da, qəlbinin səsinə qulaq asaraq, şeirlər yazmağa başlayan Yasəmən xanım ailə qurub, üç övladı olub, xoşbəxt günlər yaşayıb... Amma təəəssüflər olsun, həyat yoldaşını çox tez itirib...Həyatında olan bu acılar Yasəmən xanımın şeirlərinə də hopub. O, öz duyğularını, sevinicin, kədərini, şeirlər yazaraq, öz oxucuları ilə bölüşüb. Yasəmən xanım hazırda da yazıb-yaratmaqdadır. Biz də aşağıda Yasəmən xanımın bir necə şeirini dəyərli oxucularımıza təqdim edir və fürsətdən istifadə edərək, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.AzBax: Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid". III cild. Bakı, 2018, səh.425-432.BELƏBilsəm ki, bu dünya cənnət-məkandıGözümün ucuyla baxmaram belə.Desələr bu aləm suya möhtacdıLap dərya da olsam axmaram belə.Nə qədər məşəqqət, əziyyət, filan,Həyatın scnuna inanmır insan.Bir də ki, geriyə dönsərsə imkan,yandırıb özümü yaxmaram, belə.Artıq nə faydasıömür, gün gediib.Olanlar olubdu, keçənl də keçib.Bir də buralara dönməyi seçib,Əzib ürəyimi sıxmaram belə.İstəkdi, sevgi bir şey boşdusaBir ömrün axırı yığış, köçdüsə,Dünyanın nəhayət, sonu puçdusa,Gəlib öz dünyamı yıxmaram belə.Görünmürəm kiBu bəxt paylayanın,yazı yazanınGözündə zərrəcə görünmürəm ki..Həmişə dözmüşəm bu haqsızlığaDüşüb ayağına sürünmürəm ki.Harın,havalıyla olmayıb aram.Şükr olsun allaha,yemirəm haram.Necə görünürəm ,elə də varam.Şeytan libasına bürünmürəm ki.Haqdan izləyən var sağı-solumda.Çıxacaq qarşıma bir özgə donda.Ruhumda vicdanım düzlük yolundaGedərəm ölümə, ərinmirəm ki.Bəxtimin səmada ülkəri yoxdurGözündə yaxşının dəyəri yoxdur.Deyəsən heç məndən xəbəri yoxdurOlanı deyirəm, deyirəm deyinmirəm ki. QalacaqEy dünya malından bərk yapışanlar,Dünya malı bu dünyada qalacaq.Bu sirrli aləmdə naşı olanlar,Dünya malı bu dünyada qalacaq.Hər işin öz səmti, bir cür yönü var,Həyatın min üzü, min cür donu var,Billməyənlər bilsin ömrün sonu var,Dünya malı bu dünyada qalacaq.Yeri gəlsə dərddir varı çox olmaq,Yaman olur çox ucadan yıxılmaq,Yaxşı şeydir gözü, könlü tox olmaq,Dünya malı bu dünyada qalacaq.Nəyə gərək, ürəklərdə kin olsun,İnsan kəsdə gərək iman-din olsun.Adam gərək daxilən zənginolsun,Düya malı bu dünyada qalacaq.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.